Ankarada Orta Asiya regionunda təhlükəsizlik mühitinə dair konfrans keçiriləcək

Aprelin 7-dən 10-dək Ankarada NATO-nun Sülh və təhlükəsizlik elmi proqramının dəstəyi, Orta Doğu Texniki Universiteti (ODTU) və Qırğızıstanın Manas Universitetinin birgə təşəbbüsü ilə "NATO, Əfqanıstanda beynəlxalq terrorizmə qarşı mübarizə və 11 sentyabr tarixindən sonra Orta Asiya regionunda təhlükəsizlik mühiti" mövzusunda konfrans keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən bildirmişlər ki, qurumun elmi işçisi Zaur Şiriyev konfransda "ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra Xəzər hövzəsinin təhlükəsizlik mühitinə Azərbaycanın baxışı" mövzusunda məruzə ilə çıxış edəcəkdir.
Tədbirdə Türkiyənin, Avropa ölkələrinin və Orta Asiyanın təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərinin iştirakı ilə fikir mübadiləsi aparılacaq, məruzələr daha sonra kitab şəklində çap olunacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında