ƏƏSMN tərəfindən 102 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq, bu təbəqədən olan şəxslərdən daha 102 nəfəri Xaçmazdakı Nabran istirahət mərkəzinə göndərilib.

Yola salınan əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsi, tibbi-sosial reabilitasiya imkanlarının artırılması, habelə yaz-yay mövsümündə istirahət etmələrinə şərait yaradılması üçün aparılan işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2018-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu il 1100 nəfər əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub.

Onlardan artıq 595 nəfəri Lənkəran, Quba, Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və istirahət müddətindən sonra geri qaytarılması xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında