Radikal müxalifət aqressiv davranışı ilə ictimai təhlükəsizliyə zərər yetirir

Aprelin 2-də özünü İctimai Palata adlandıran qondarma qurumun keçirməyə cəhd göstərdiyi təxribat xarakterli aksiya özünü muxalifətin radikal qanadı adlandıran dairənin əsil simasını bir daha üzə çıxardı. Daha dəqiq desək, İctimai Palata ictimaiyyətin nəzərində iflasa uğradı və verilən gurultulu bəyanatların arxasında natamamlıqdan doğan qəzəb, aqressiya, kin və xaricdən verilən sifarişdən özgə hər hansı ciddi bir məqamın dayanmadığını bir daha sübuta yetirdi. Eyni zamanda, özünü "lider" adlandıran şəxslərin nə qədər bəsit bir təfəkkürə malik olduqlarını ən qabarıq çizgilərlə nümayiş etdirdi. Ölkənin müxtəlif bölgələrindən yalan vədlərlə aldadaraq paytaxta gətirdikləri cəmi 100 - 200 nəfərlik bir qrupu qarşıdurmaya, ictimai asayişin pozulmasına, cinayət tərkibli əməllərə təhrik edən radikal müxalifət rəhbərləri yenə də öz evlərində gizləndilər, gözə görünmədilər. Əslində baş verənləri diqqətlə izləyən istənilən şəxs bu proseslərdən obyektiv nəticə çıxara bilər. Artıq nəinki Azərbaycanda, dünyanın heç bir ölkəsində radikal düşüncəyə və davranışlara yer yoxdur. İstənilən Qərb ölkəsində aqressiv davranış sərgiləyən, bu və ya digər məsələyə radikal münasibət bildirən, hətta hərəkətlərində, üz cizgilərində azacıq əsəbilik nəzərə çarpan siyasət adamlarına normal yanaşmırlar. Onlara ictimai təhlükəsizliyə real təhdid elementləri kimi baxırlar. Amma elə həmin ölkələr və onların himayə etdiyi bir sıra beynəlxalq təşkilatlar öz iqtisadi və geosiyasi maraqlarının olduğu ölkələrdə radikal və dağıdıcı müxalifətin xırda qruplar şəklində olsa da belə qalmasında maraqlıdırlar. Çünki radikal düşüncəli insanlar prosesləri soyuqqanlı təhlil edə bilmir və daha tez təsir altına düşürlər. Belələrini idarə etmək, yönəltmək daha asan olur.
Azərbaycan cəmiyyəti kifayət qədər yetkindir, hadisələri düzgün qiymətləndirməyi bacarır, nəyə və necə reaksiya verəcəyini bilir. Bu baxımdan, ayrı-ayrı xarici qüvvələrin əlində oyuncağa çevrilmiş siyasi qrupların Azərbaycanda hər hansı bir perspektivi yoxdur və olmayacaq da. Amma məsələnin digər tərəfi də var. Məhz belə aqressiv qüvvələrin fəaliyyəti Azərbaycanda ölkənin inkişafına təkan verə biləcək, sivil rəqabəti gücləndirəcək müxalifətin formalaşmasına, təşkilatlanmasına maneə yaradır. Təbii ki, bütün bu neqativ hallara rəğmən ölkəmizdə çoxpartiyalı sistemin, demokratik təsisatların inkişafının ciddi perspektivləri var. Mən bu prosesin ardıcılıqla həyata keçiriləcəyinə və daha yüksək nəticələr əldə olunacağına inanıram.

{nl}

Elçin MİRZƏBƏYLİ, BAXCP sədrinin müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında