Mən müxalifətin bütün qeyri-qanuni addımlarına qarşı kəskin tədbirlər görülməsini tələb edirəm

Sağlam cəmiyyətdə, sağlam rəqabət olmalıdır. Əfsuslar olsun ki, sivil rəqabət aparmaq imkanından uzaq olan aqressiv müxalifət xaricdən tapşırıq aldıqca vaxtaşırı insanları, xüsusən də gəncləri öz əməllərinə alət etməyə çalışır. Qeyri-qanuni yollarla hakimiyyəti ələ keçirməyə cəhdlər edir. Köhnə təbliğat üsulu ilə fəaliyyət göstərən radikal partiya rəhbərləri xarici himayədarlarına kölə kimi xidmət göstərirlər.
Mən, uzun illər müxalifətin bir çox tədbirlərində iştirak etmişəm və onların gizli iyrənc niyyətlərini çoxdan hiss etmişəm. Lakin son zamanlar onların törətdiklərini gördükdə yanılmadığımı, onların xalqımıza doğrudan da düşmən kəsildiyini bir daha özlüyümdə yəqin etdim. Müxalifətin respublikada gedən inkişafı görməməzliyə vurması hər şeyə qara yaxması məni həqiqətən hiddətləndirir. İcazəsiz mitinqlər keçirərək, mənasız istefa şüarları səsləndirərək şəhərin mərkəzində dağıntılar törədirlər. Bu işə qeyri-yetkin gəncləri cəlb edərək onları səhv yola təhrik edirlər.
Mən, belə müxalifətlə nəinki razılaşmıram, onların bütün addımlarına qarşı kəskin tədbir görülməsini tələb edirəm. Belə bir partiyanın sıralarında bir an belə qalmağı özümə şərəfsizlik hesab edirəm.

{nl}

Əliəşrəf Nəcməddin oğlu Mikayılov, Müsavat Partiyasının üzvü, Balakən rayonu, Kortala kənd sakini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında