ƏƏSMN-də Türkiyə səfiri ilə görüş olub

          Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

S.Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərində həyata keçirilən islahatlar barədə səfiri məlumatlandırıb. Azərbaycan və Türkiyə arasında əmək, sosial müdafiə və məşğulluq sahələri üzrə mövcud olan əməkdaşlıq əlaqələrindən bəhs edən nazir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. S.Babayev bir sıra vacib sahələrlə yanaşı, əmək bazarının tənzimlənməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə meyarların qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması, əlilliyi olanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası kimi aktual iş sahələrində qardaş ölkənin təcrübəsinin öyrənilməsinin xüsusi önəmini qeyd edib.

Nazir Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına üzv qurumların nümayəndələrinin Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ötən il qardaş ölkəyə səfərinin əhəmiyyətini qeyd edib. O, İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin nizamnaməsinin artıq Türkiyə və Azərbaycan tərəfindən imzalandığını bildirib.

Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin ildən-ilə inkişaf etdiyini vurğulayan E.Özoral əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, qarşıdakı dövrdə əlaqələrin genişləndirilməsi üçün səfirlik tərəfindən səylərin göstəriləcəyini vurğulayıb.

   Görüşdə iki ölkə arasında əmək və əhalinin sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

 

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında