Anarxiya yolverilməzdir

Biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə xalq hərəkatında təmsil olunmuşuq. Bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir. Xalqımız əmin-amanlıq, firavanlıq şəraitində yaşayır. Lakin bir qrup radikal müxalifətçi, o cümlədən Əli Kərimli, İsa Qəmbər və onların yaxın ətrafı yenidən ölkədə xaos, anarxiya yaratmaq, 1991-1992-ci illərə qayıtmaq niyyətinə düşüblər. Biz onların bu antiAzərbaycan hərəkətlərinə etiraz edirik.
Biz 11-12 mart və 2 aprel 2011-ci il tarixlərdə AXCP sədri Əli Kərimlinin ölkəmizdə qardaş qırğını salmağa yönələn hərəkətlərini qətiyyətlə pisləyirik. Onların bizə düşmən mövqedə olan xarici havadarlarının təhriki ilə gənclərimizi iğtişaşlara səsləməsi bizi hiddətləndirir. Əli Kərimlinin ölkəmizdəki ictimai sabitliyi pozmağa yönəlmiş bu hərəkətlərinə etiraz əlaməti olaraq, biz onun sədr olduğu partiya sıralarından istefa verdiyimizi bəyan edirik.
Rasim Nemətov, Eynulla Quliyev, Əhməd Salmanov, Zərdab rayonu, sabiq AXCP üzvləri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında