Xarici qüvvələrin ianələri müqabilində azğınlıq etmək qəhrəmanlıq deyil

Aprelin 2-də Bakının mərkəzində İctimai Palatanın keçirdiyi icazəsiz mitinqə görə həmin müxalif partiyalardan birinin - Müsavatın üzvü olduğumuza görə utandıq. Özlərini hamıdan ağıllı hesab edən bu insanlar anlamırlar ki, bu gün 80-90-cı illərin ab-havası ilə yaşamaq olmaz. Artıq meydan hərəkatı dönəmindən 20 ildən çox vaxt keçir. Xalqımız müstəqilliyinin 20 illiyini qeyd etməyə hazırlaşır. Belə bir vaxtda qarışıqlıq salmaq düşmən dəyirmanına su tökmək deməkdir. Ərəb ölkələrində baş verən hadisələrdən "ruhlanan" radikal müxalifət, o cümlədən Müsavat Partiyası və onun sədri İsa Qəmbərov ictimai rəyi çaşdırmağa, eyni hadisələrin Azərbaycanda da təkrarlanacağı haqqında yanlış fikir formalaşdırmağa cəhd göstərir. Xarici qüvvələrin ianələri ilə azğınlıq etmək qəhrəmanlıq deyil. Ayılın, Azərbaycan artıq 90-cı ildəki Azərbaycan deyil. Bu gün o özünün elə bir yüksəliş mərhələsindədir ki, hər hansı kənar qüvvənin müdaxiləsi sadəcə mümkün deyil.
İctimai Palatının tərkibində Müsavatın da aprelin 2-də törətdiyi biabırçılıqdan sonra biz aşağıda imza edən həmin partiyanın Sabirabad rayon təşkilatının üzvləri Müsavatın sıralarında qalmağı özümüzə təhqir bilir və partiyanın sıralarını tərk edirik.
1. Abdullayev Mətləb Lətif oğlu, (Həşimxanlı kəndi) 2. Əliyev Məhərrəm Yunis oğlu, (Balakənd kəndi) 3. Ağayev Ağazər Ağakərim oğlu, (Qaralar kəndi)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında