Radikal müxalifət partiyalarının sıralarından kütləvi istefalar davam edir

"Səs" İA radikal müxalifət partiyalarından istefalarla bağlı araşdırmasını davam etdirir. Aprelin 6-da müxalifət partiyalarının Bakı şəhərində sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdlərinə etiraz olaraq daha 288 nəfər Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ALP, ADP və Xalq partiyasının sıralarını tərk etdikləri barədə bəyanat veriblər. Ümumilikdə, aprelin 5-6-da bu partiyaların sırasını 679 nəfər tərk edib. Müxalifət partiyalarının Goranboy, Ağsu, Ağcabədi, Cəbrayıl, Hacıqabul, Neftçala, Laçın, Kürdəmir, Saatlı, Sabirabad, Şirvan, Lerik, Zərdab, Ucar, Tərtər, Şəki, Qax, Bərdə, Suraxanı rayon təşkilatlarında istefa halları daha kütləvi xarakter daşıyıb. Müsavat, AXCP və AMİP-in sıralarını tərk edən partiya üzvlərinin sayı daha çox olub. Belə ki, AXCP-nin 274, Müsavatın 217 və AMİP-in 108 üzvü fəaliyyətlərini bu partiyaların sıralarında davam etdirə bilməyəcəklərini bəyan ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında