Dövlət Gömrük Komitəsində görüş

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 6-da Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident nümayəndəsi Fikrət Akçuranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Aydın Əliyev 1999-cu ilin yanvar ayından icrasına başlanılan BMT İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması" layihəsinin uğurla davam etdiyini bildirmiş, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına müsbət təsirindən danışmışdır.
Komitə sədri avtomatlaşdırılmış sistemin informasiya mübadiləsinə və məlumatların operativ surətdə sərhəddən mərkəzə çatdırılmasına əlverişli şərait yaratdığını, gömrük prosedurlarının yaxşılaşdırılmasına töhfə verdiyini vurğulamışdır. Eyni zamanda, "Azərbaycan Respublikasında gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsinin gerçəkləşdirilməsində BMT İnkişaf Proqramının köməyi yüksək qiymətləndirilmiş, ölkənin yeni Gömrük Məcəlləsi layihəsinin hazır olduğu bildirilmişdir.
Gömrük xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərinə də toxunan komitə sədri demişdir ki, hazırda bütün gömrük keçid məntəqələrində yenidənqurma işləri başa çatdırılmışdır və Azərbaycan sərhədlərində bütün mal və nəqliyyat vasitələri sadələşdirilmış qaydada gömrük nəzarətindən keçirilir.
Azərbaycanın gömrük orqanlarının inkişafından razılığını söyləyən Fikrət Akçura BMT İnkişaf Proqramı ilə gömrük xidməti arasında əməkdaşlığı yüksək qiymətləndirmiş, Azərbaycanın gömrük xidmətinə bundan sonra da kömək göstəriləcəyini bildirmişdir. O demişdir ki, "Azərbaycan Respublikasında gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsinin yeni mərhələsinin əsas məqsədi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi nəzdində Hədəf Mərkəzinin yaradılmasında DGK-ya kömək etməkdir.
Sonra DGK ilə BMT-nin İnkişaf Proqramının birgə layihəsinin üçüncü mərhələsinin imzalanma mərasimi olmuşdur.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında