Yunan diasporunun nümayəndələri ilə görüş

Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas aprelin 6-da yunan diasporunun nümayəndələri ilə görüşmüşdür.
Görüş zamanı Karolos Papulyas Azərbaycana səfərindən məmnun qaldığını söyləmiş, dövlət rəsmiləri ilə görüşlər keçirdiyini, iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, belə səfərlərin qarşılıqlı münasibətlərin genişlənməsinə töhfə verəcəyini vurğulamışdır.
Dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycanda yaşayan yunanların ölkələr arasında qurulan münasibətlərdə rolundan danışan Prezident Papulyas indiki mərhələdə Azərbaycandakı yunan diasporu nümayəndələrinin bu baxımdan fəal rol oynayacağına əminliyini söyləmişdir.
Prezident Yunanıstanın son dövrdə üzləşdiyi maliyyə böhranından da danışmış və bildirmişdir ki, yunan xalqı tarixin müxtəlif dövrlərində bundan da çətin vəziyyətlərlə üzləşmiş, lakin bu cür problemlərin öhdəsindən uğurla gəlmişdir.
Ölkəmizdəki yunan diasporunun üzvləri Azərbaycanla Yunanıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu və gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliklərini bildirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında