Vətəndaşlar səyyar “ASAN xidmət”dən məmnundur

"ASAN xidmət" Azərbaycanda yaradılan dövlət idarəetmə sisteminin ayrılmaz tərkib hissəsidir. Bu, dövlətin prioritetlərini – ictimai xidmətlərin təmin edilməsinə, insanlara yönəldilmiş idarəetmənin, sosial məsuliyyətin, innovasiyanın təmin olunmasına və şəffaflığın ön planda tutulmasına gətirib çıxarır. Yeni konsepsiya dövlət qulluqçuları ilə vətəndaş arasında təmasları minimuma endirməklə, şəffaflıq və səmərəliliyi təmin edir, dövlət xidmətlərinin göstərilməsi səviyyəsini daha da yüksəldir.
 
Vətəndaşların  rahatlığının təmin olunmasında  və onların  hüquqlarının qorunmasında "ASAN xidmət" in rolu böyükdür.  Xidmətin fəaliyyəti əsasən əhalinin ehtiyaclarını ödəmək, korrupsiyaya qarşı mübarizə və müasir texnologiyaların tətbiqi üçün şəraitin təmin edilməsidir.   “ASAN xidmət” Azərbaycan brendinin təcrübəsi inkişaf etmiş və inkişafda olan ölkələr tərəfindən geniş şəkildə  öyrənilir və tətbiq olunur. Burada məqsəd vətəndaşlara göstərilən xidmətləri daha səmərəli təşkil etməkdir.
Mərkəzlərdə xidmətlər "vahid  məkan" prinsipi üzrə həyata keçirilir. Bir inzibati binaya girən vətəndaşlar eyni vaxtda on dövlət qurumunun, eləcə də özəl müəssisənin və şirkətinin 250 növ xidmətindən istifadə edə bilirlər. Bütün bunlar xərclərin azaldılmasına,  vaxt itkisinin  qarşısının alınmasına  və şəffaflığın təminatına  xidmət edir.
 Yarandığı gündən insanların rahatlığını düşünən “ASAN xidmət”  ənənəsinə sadiq qalaraq,  bu dəfə də ölkə vətəndaşlarına  səyyar formada xidmət göstərəcək. Bu xidmətin fəaliyyət göstərməsində başlıca  məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsidir. Həmçinin də vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olmaqdır.  Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. 
Qeyd edilən  xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Ülviyyə VAHİDQIZI,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında