İşəgötürənlər arasında maarifləndirmə tədbirləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Səbail rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və Yasamal rayonunda “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri”, “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması”  mövzularında işəgötürənlərin iştirakı ilə seminarlar keçirib.

Səbail rayonunda keçirilən seminar zamanı işçilər üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri, əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, habelə  əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları və s. diqqətə çatdırılıb.

Yasamal rayonunda təşkil olunan seminarda əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi və s. ilə bağlı görülməli olan tədbirlər barədə işəgötürənlər məlumatlandırılıb. İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yalnız işçinin həyat və sağlamlığının qorunması baxımından deyil, əməyin səmərəliliyinin artırılması, keyfiyyətli məhsul istehsalı üçün də xüsusi önəm kəsb etdiyi bildirilib. 

Həmçinin qeyri-rəsmi məşğulluğun mənfi nəticələrindən bəhs olunub. Qeyd edilib ki, qeyri-formal məşğulluq qanunvericiliyin tələblərinə zidd olmaqla, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə mane olur. Bu da qeyri-formal məşğulluq sektorunda çalışan işçilərin dövlətin sosial müdafiə sisteminə çıxış imkanından məhrum olması ilə nəticələnir.

Hər iki seminar zamanı işəgötürənlərin müvafiq mövzularda sualları  cavablandırılıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında