Azərbaycan ilə Yunanıstanın dəniz nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanları arasında gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılmışdır

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov aprelin 5-də Yunanıstan Respublikasının dəniz məsələləri, adalar və balıqçılıq naziri İoannis Diamantidis ilə görüşmüşdür. 
ARDDA-nın mətbuat xidmətindən bildirmişlər ki, Q.Qurbanov görüşdə Prezident İlham Əliyevin dəniz nəqliyyatı sahəsinə göstərdiyi diqqət və qayğı, həyata keçiriləcək tədbirlər, Beynəlxalq Dəniz Təşkilatı çərçivəsində və dəniz nəqliyyatı sahəsində Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əməkdaşlıq istiqamətlərindən danışmışdır. Bildirilmişdir ki, Yunanıstan Prezidentinin respublikamıza səfəri çərçivəsində hökumətlərimiz arasında imzalanan "Dəniz nəqliyyatına dair saziş"in əsas məqsədi hər iki ölkənin gəmiçilik və dəniz nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən müəssisə və təşkilatları arasında əlaqələrin və əməkdaşlığın inkişafına təkan vermək, bu inkişafı sürətləndirmək, həmçinin respublikamızın bayrağı altında üzən gəmilərin hər iki ölkənin limanları arasında yük və sərnişin daşımaları zamanı maneəsiz və sərbəst hərəkətini təmin etməkdir.
Yunanıstanın dəniz məsələləri, adalar və balıqçılıq naziri İoannis Diamantidis Azərbaycanda dəniz nəqliyyatı sahəsi üzrə həyata keçirilən tədbirlərin ölkəsində böyük maraq doğurduğunu, yeni inşa edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı sayəsində iki dövlətin limanları arasında daşımaların müsbət dinamizminə nail olmağın mümkünlüyünü və dənizçilərin hazırlığı sahəsində əməkdaşlığın inkişaf perspektivlərini qeyd etmişdir.
Görüşdə hər iki tərəfin dəniz nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanları arasında gələcək əməkdaşlıq istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında