Snayper kursu açılmışdır

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurası (KHVTİC RŞ) gənclərin və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələri və orduya hazırlanması istiqamətində yeni-yeni tədbirlər layihəsini inkişaf etdirir. 
Aprelin 5-də snayper kursunun açılışı olmuşdur. Kursda nəzəri və təcrübi təlimləri bu sahədə uzun illər təcrübə toplamış peşəkar hərbçi - pedaqoqlar keçəcəklər.
Açılış rəmzi olan qırmızı lent kəsildikdən sonra KHVTİC RŞ-nin sədri, general-mayor Novruzəli Orucov çıxış etmişdir. O, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və ölkəmizin qüdrətlənməsi, onun müdafiəsi üçün hazırlıqlı gənclərin yetişdirilməsinin vacibliyini bildirmişdir. Natiq martın 8-də doqquz yaşlı Fariz Bədəlovun işğal olunmuş Ağdam rayonu ərazisində erməni snayperi tərəfindən qətlə yetirilməsini beynəlxalq müharibələr tarixində ən dəhşətli hadisələrdən biri kimi qiymətləndirmişdir. Vurğulamışdır ki, snayper kursunun fəaliyyətə başlaması müharibə şəraitində yaşayan ölkəmizdə yeniyetmələrə və gələcək əsgərlərə Vətənin ərazi bütövlüyü və müdafiəsi uğrunda müqəddəs vəzifəyə hazır olmağı təlqin edir, onların mübarizliyini daha da artırır. Dinləyicilər burada snayper tüfənginin texniki xarakteristikası ilə yanaşı, eyni zamanda, zəruri əlbəyaxa döyüş taktikasına da yiyələnəcəklər. Snayper kursunun açılmasının məqsədi gənclərin, xüsusilə 9-11-ci sinif şagirdlərinin hərbi xidmətə çağırılanadək vaxtlarının səmərəli keçməsini təmin etməkdir.
Snayper kursunun rəhbəri, polkovnik-leytenant Hüseyn Talıbov ilk dərsdə şagirdlər üçün tüfəngin hissə və mexanizmləri, silahdan istifadə etmə qaydaları barədə məlumat vermişdir. İstifadə olunacaq silahlar Almaniya, İsrail, Böyük Britaniya və Rusiyadan gətirilmişdir.
Kurslara 2 növbə 45 nəfər, o cümlədən 12 qız qəbul olunmuşdur. Təhsil orta məktəblərin yuxarı sinif şagirdləri üçün pulsuz, digər kateqoriyalar üçün pulludur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında