AzərTAc ilə İRNA agentliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır

Aprelin 5-də Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyi - AzərTAc ilə İran İslam Respublikasının İRNA agentliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
İran Prezidentinin mətbuat üzrə müşaviri, İRNA-nın icraçı direktoru Əli Əkbər Cavanfikrin başçılıq etdiyi nümayəndə heyəti ilə AzərTAc-da keçirilən görüşdə baş direktor Aslan Aslanov qonaqlara 1920-ci ildə, Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış rəsmi informasiya agentliyinin tarixi və fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
A.Aslanov görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın keçdiyi böyük inkişaf yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında ən sürətlə inkişaf edən ölkəyə çevrilmiş Azərbaycanın uğurlarından danışaraq demişdir ki, ölkəmizin dünya birliyində mövqelərinin möhkəmlənməsi AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsinə çox müsbət təsir göstərmişdir.
AzərTAc-ın İRNA ilə bir sıra beynəlxalq qurumlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladan baş direktor bu iki agentlik arasında informasiya mübadiləsinin həyata keçirilməsinin də vacibliyini bildirmiş, bu baxımdan imzalanacaq müqavilənin əhəmiyyətini vurğulamışdır.
A.Aslanov onu da diqqətə çatdırmışdır ki, İranın bəzi televiziya kanalları, Azərbaycanda bəzi qəzetlər qərəzli verilişlər və informasiyalar yaymaqla iki qonşu dövlətin qarşılıqlı münasibətlərinə kölgə salmağa çalışırlar. Əminik ki, AzərTAc ilə İRNA arasında yeni müstəvidə qurulan əlaqələr belə halların qarşısının alınması baxımından çox səmərəli olacaqdır.
Əli Əkbər Cavanfikir ətraflı məlumata görə təşəkkür etmiş, agentliklər arasında informasiya mübadiləsinin həyata keçirilməsinin zəruriliyi ilə bağlı fikirləri dəstəklədiyini söyləmişdir. İRNA-nın AzərTAc ilə əməkdaşlığa böyük önəm verdiyini deyən qonaq imzalanacaq müqavilənin xəbər agentlikləri arasında əlaqələrin inkişafında yeni mərhələ olacağını bildirmişdir.
Sonra Aslan Aslanov və Əli Əkbər Cavanfikir AzərTAc ilə İRNA agentliyi arasında əməkdaşlıq haqqında müqaviləni imzalamışlar.
Müqaviləyə əsasən, AzərTAc ilə İRNA xəbərlərin qarşılıqlı mübadiləsini həyata keçirəcək, təcrübə mübadiləsi məqsədilə əməkdaşların qarşılıqlı səfərlərini, qısa və ortamüddətli treninq kursları təşkil edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında