Cəmiyyət xəstə təfəkkürlü müxalifəti qəbul etmir
Aprelin 2-də radikal müxalifət partiyalarının Bakı şəhərində sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdləri təkcə ölkə əhalisinin deyil, eləcə də həmin partiyaların üzvlərinin kəskin etirazına səbəb olub.
"Səs" İA-nın Bakıda və bölgələrdə apardığı araşdırma nəticəsində müəyyən edilib ki, Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ADP və Xalq Partiyasının ümumilikdə 391 nəfər üzvü bəyanat yayaraq təmsil olunduqları partiyaların sıralarını tərk ediblər. Bu partiyaların Goranboy, Ağsu, Ağcabədi, Cəbrayıl, Hacıqabul, Laçın, Saatlı, Sabirabad, Şirvan, Tərtər, Suraxanı rayon təşkilatlarında istefaları daha kütləvi xarakter daşıyıb.
Müxalifət partiyalarının üzvləri keçmiş "liderlərinin" onların adından sui-istifadə edərək ölkədə xaos, anarxiya yaratmaq, böyük səylər, zəhmət, vətəndaşlarımızın həyatı bahasına əldə olunmuş müstəqilliyə xələl gətirmək cəhdlərini pisləyərək bundan sonra fəaliyyətlərini bu partiyaların sıralarında davam etdirə bilməyəcəklərini bəyan ediblər.
{nl}
* * *
{nl}
"Biz Azərbaycanda sabitliyi pozmaq cəhdlərini qətiyyətlə pisləyirik"
Bu fikir AXCP Qobustan rayon təşkilatının bir qrup üzvünün bəyanatında səslənir.
{nl}
Azərbaycan Xalq Cəbhəsinin üzvləri Bayramov Səmid Abdurahman oğlunun, Əliyev Nurəddin Əmir oğlunun, Məmmədov Nadirşah İsgəndər oğlunun, İbrahimov Məlikhəsən Məmmədağa oğlunun, Yaqubov Yaqub Qədim oğlunun, Əlihüseynov Vilayət Əlfalı oğlunun, Balakişiyev Tahir Dədəş oğlunun, Rəcəbov Seymur Hümbətalı oğlunun imzaladığı bəyanatda deyilir:
Xalq Cəbhəsi yaradıldığı vaxtdan təşkilata üzv olmuşuq. Təşkilat Azərbaycan xalqının müstəqillik, azadlıq arzuları əsasında yaransa da, sonralar müxtəlif məqsədli şəxslər bu təşkilatı bir neçə yerə parçaladı. Biz Əli Kərimlinin rəhbərlik etdiyi AXCP sıralarında qaldıq. Ötən dövr ərzində xalqın istək və tələbləri, müasir düşüncə ilə ayaqlaşa bilməyən partiya rəhbərliyi daha çox radikallığa meyl etməklə öz-özünü cəmiyyətdən tamamilə təcrid etmiş, kənar qüvvələrin, Azərbaycanın bugünkü inkişafını gözü götürməyən xarici düşmənlərin açıq şəkildə təsiri altına düşmüşdür.
Son illər partiya rəhbərliyinin daha da aqressiv mübarizə yolu seçərək, ölkədə xaos, anarxiya yaratmağa, xüsusilə, ölkəmizin gələcəyi olan gəncləri yoldan çıxararaq meydanlara çağırması bizdə kəskin narazılıq hissi yaratmışdır.
Biz, bir qrup AXCP üzvü Əli Kərimli və onun havadarlarının apardığı bu iyrənc siyasətə etiraz olaraq partiya sıralarından istefa verdiyimizi bəyan edir, bütün xalqımızı, xüsusilə, Azərbaycan xalqının ümid yeri, düşünən beyni olan gənclərimizi möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməyə, Azərbaycan dövlətinin qüdrətli olması, genişmiqyaslı quruculuq siyasətinə, güclü Milli Ordu quruculuğuna və işğal olunmuş torpaqlarımızın azad edilməsinə nail olmaq üçün ölkədə sabitliyi qoruyub saxlamağa çağırırıq.
{nl}
Kürdəmir rayonunda yaşayan müxalifət partiyaları üzvlərindən bir qrupunun bəyanatı
{nl}
* * *
{nl}
Biz uzun illərdir ki, müxalifət partiyalarının üzvləriyik. Müxalif mövqedə dayansaq da, məqsədimiz dövlətçiliyə və dövlətə xidmət etmək olmuşdur. Lakin son zamanlar radikal mövqeli müxalifət partiyalarının rəhbərləri xarici dövlətlərin dəstəyindən qaynaqlanaraq, ölkəmizdə əldə olunmuş siyasi sabitliyə zərər vurmağa çalışırlar.
Zaman keçdikcə dövlətimizin inkişafını, quruculuq işlərini, əhalinin sosial vəziyyətinin hər zaman yaxşıya doğru getməsini qəbul etmək istəməyən radikal müxalifətlə aramızda kəskin fikir fərqi yaranmışdır. Çünki bu insanlar seçkidən-seçkiyə ortalıqda görünüb aralığı qarışdırmaqla öz iyrənc maraqlarını həyata keçirmək istəyirlər. Lakin bir şeyi unudurlar ki, xalq artıq onların boş vədlərinə inanmaq istəmir. Onlar hakimiyyətə demokratiya yolu ilə deyil, çevrilişlə, xalqı küçələrə töküb qan tökməklə və öz çirkin niyyətlərini həyata keçirməklə gəlmək istəyirlər.
Müxalifət liderlərinin müstəqilliyimizə qarşı hərəkətləri bizdə üzv olduğumuz partiyalara inamsızlıq və nifrət hissi yaradır. Odur ki, biz üzv olduğumuz müxalifət partiyalarından istefa verərək Yeni Azərbaycan Partiyasına keçməyimizi bəyan edirik.
{nl}
* * *
{nl}
Nadirov Vidadi Ataş oğlu - AXCP-nin üzvü,
Rəhimov Cəfər Əli oğlu - Müsavat Partiyasının üzvü,
Qasımov Qurban Cabbar oğlu - Müsavat Partiyasının üzvü,
Eyyubov İzzətalı Məmmədalı oğlu - AXCP-nin üzvü,
İbrahimov Akif Xəlil oğlu - Müsavat Partiyasının üzvü,
Xankişiyev Əhsən Rizvan oğlu - Ümid Partiyasının üzvü,
Hidayətov Füzuli Əhməd oğlu - Müsavat Partiyasının üzvü
{nl}
AXCP Zəngilan rayon təşkilatının bir qrup üzvünün bəyanatı
Biz AXCP üzvləri təəssüflə bildiririk ki, Azərbaycanın uğurlarını görmək istəməyən qüvvələr onu hər vasitə ilə içəridən dağıtmağa çalışırlar. Faktlar göstərir ki, bəzi xarici dairələr Azərbaycanın milli və dövlət maraqlarına qarşı çıxırlar. Çox yaxşı olardı ki, belə bir həssas dönəmdə müxalifətdə olan bütün partiyalar iqtidara dəstək olaydı, çünki söhbət müstəqil dövlətimizin, işğal altındakı ərazilərimizin taleyindən gedir. Biz belə başa düşürük ki, hazırkı vəziyyətdə sözügedən qüvvələrin Azərbaycanla bağlı planlarının həyata keçirilməsinə heç bir vəchlə yol vermək olmaz.
Təəssüfləndirici haldır ki, AXCP sədri Əli Kərimli səhv yol tutur, dağıdıcı qüvvələrlə birləşərək ölkədə xaos, hərc-mərclik və qarışıqlıq yaratmaq istəyir. Göründüyü kimi, bəzi xarici qüvvələrin alətinə çevrilən bu partiya artıq xalqına və dövlətinə qarşı xəyanətkar mövqe tutur. AXCP sədrinin bu hərəkətləri partiyanı ölkədə qınaq obyektinə çevirdiyinə etiraz əlaməti olaraq üzvü olduğumuz bu partiyadan çıxdığımızı bəyan edirik.
{nl}
Quliyev Hüseyn Allahverdi oğlu,
Səfərov İbrahim Hüseynalı oğlu,
Musayev Yusif Cəmil oğlu,
Qələndərov Əziz Nəriman oğlu
04.04.2011-ci il
{nl}
* * *
{nl}
İğtişaş törədənlər cəzalandırılmalıdır
Mən, Kərimov Əvəz Zöhrab oğlu tələbəlik illərindən milli azadlıq hərəkatının fəal üzvü olmuşam, uzun illər xalq hərəkatında aparıcı rol oynamışam. Xalqın mənafeyinə xidmət edən mitinq və nümayişlərdə fəal iştirak etmişəm. Ancaq "İctimai Palata" adlı qeyri-formal bir qurumun aprelin 2-də təşkil etdiyi icazəsiz mitinqə ciddi narazılığımı bildirirəm. Ən əsası ona görə ki, həmin gün ən böyük rayonlarımızdan biri olan Kəlbəcər işğal olunub.
Mitinqin məqsədi və məramı məlum deyildi. Yalnız xarici ölkələrdə baş verən inqilablardan ruhlanaraq belə icazəsiz mitinqlər təşkil etmək antimilli qüvvələrin işidir.
Torpaqlarımızın 20 faizi işğal altındadır. Belə bir şəraitdə adlarını müxalifət qoyanların iğtişaş yaratmaları yolverilməzdir. Mən müxalifət partiyalarına ona görə üzv olmamışam ki, onlar xalqa, dövlətçiliyə qarşı çıxırlar. Mən də bir ziyalı kimi icazəsiz aksiya keçirənlərin qanunla cəzalandırılmasını tələb edirəm.
Əvəz Kərimov, Şəki rayon Baş Göynük kənd orta məktəbinin müəllimi
{nl}
* * *
{nl}
"Mən belə müxalifətlə bir sırada olmaq istəmirəm"
Mən uzun müddətdir ki, müxalifət sıralarındayam. Lakin vaxt keçdikcə müxalifətin elədiklərini qəbul edə bilmirəm. Bunlar inkişafı görmək istəmirlər. Hər şeyi qara görürlər. Xarici missionerlərin pullarını əldə etmək üçün hər şeyə əl atırlar.
Xüsusilə 2 aprel mitinqində gəncləri öz iyrənc məqsədlərinə alət eləmələri mənim müxalifətə olan inamımı tamamilə qırdı.
Mən küçələrdə iğtişaşlar törətməklə, dinc əhalinin rahatlığını pozmaqla, dağıntılara yol verməklə ölkəni anarxiyaya sürükləyənlərə "yox !" deyərək öz etirazımı bildirirəm. Odur ki, belə müxalifətlə bir arada olmaq istəmirəm.
{nl}
Aslan Əhməd oğlu MƏMMƏDOV, Balakən rayonu
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.