Reabilitasiya müəssisəsinin azyaşlı sakinləri ilə hərbçilərin görüşü olub

Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb.

Görüşdə uşaqlar  hazırladıqları əl işlərini əsgər və zabitlərə hədiyyə ediblər. Hədiyyələr, xüsusilə “Azərbaycan əsgəri”, “Azərbaycan bayrağı”, “Sülh göyərçini” rəsmləri maraqla qarşılanıb. Uşaqlar Vətənə həsr olunmuş şeir və mahnılar səsləndirib, əsgərlərlə birgə rəqs ediblər.

Qeyd edək ki, Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin fəaliyyəti baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların dövlət qayğısı ilə təmin edilməklə, normal həyata qayıdışına imkan yaradılması, onların təlim-tərbiyə sistemi ilə əhatə olunmaları məqsədinə xidmət edir. Ötən il fəaliyyətə başlayan müəssisəyə 66 uşaq qəbul edilib ki, onların əksər hissəsi artıq reabilitasiya olunub.

 ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, hazırda burada 17 uşaqla reabilitasiya işləri davam etdirilir.

 

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında