Şriftin ölçüsü:
05.04.2011 07:27 | Oxunma sayı: 524
"Hilton Worldwide" şirkəti Manuil Avilanı Azərbaycanda yenicə inşa edilmiş "Hilton Bakı" mehmanxanasının baş meneceri təyin etmişdir. Cənab Avila mehmanxananın 2011-ci ilin sentyabr ayına planlaşdırılmış açılışına qədər işlərin son mərhələlərinə nəzarət etməklə yanaşı, mehmanxananın gündəlik işlərinə görə məsuliyyət daşıyacaq. O, yeni vəzifəsinə özü ilə zəngin təcrübə gətirir. 25 ildən artıq müddət ərzində "Hilton Worldwide" şirkətində işləmiş cənab Avila İspaniya və Kiprdə şirkətin bir sıra obyektlərini idarə etmişdir.
Baş menecer demişdir: "Mənə bu Hilton mehmanxanasını idarə etmək imkanı verildiyinə görə həyəcanlıyam. Şirkətin Azərbaycanda və Qafqaz regionunda ilk obyekti kimi "Hilton Bakı" mehmanxanası Azərbaycanın genişlənən mehmanxana bazarına yeni beynəlxalq xidmət standartı gətirəcəkdir. Eyni zamanda, bu obyekt mehmanxana sahəsində karyera qurmağı arzu edən şəxslər üçün regionda bir sıra maraqlı və cəlbedici iş imkanlarını yaradır. Hilton şirkəti özünün ən yüksək keyfiyyətli təlim və inkişaf proqramlarından qürur duyur və bu möhtəşəm yeni mehmanxananı idarə etmək üçün yeni bir kollektiv yaratmaq imkanının mənə verilməsindən məmnunam."
"Hilton Worldwide" şirkətinin Şərqi Avropa, Türkiyə, Rusiya və İsrail əməliyyatları üzrə vitse-prezidenti Didier Martin demişdir: "Biz cənab Manuelin Azərbaycanda rəhbər vəzifəyə təyin olunmasına görə çox şadıq. Onun şirkət daxilindəki geniş təcrübəsi buna dəlalət edir və biz tam əminik ki, onun rəhbərliyi altında "Hilton Bakı" mehmanxanası "Hilton Worldwide" şirkətinin inkişaf edən portfelinə çox gözəl və nadir bir əlavə olduğunu təsdiq edəcəkdir."
Yeni inşa olunmuş "Hilton Bakı" mehmanxanasınin 24 və 25-ci mərtəbələrdə fırlanan bar və restoran yerləşir. Mehmanxana bir sıra fərqli xüsusiyyətlərə və unikal biznes imkanlarına malikdir.
{nl}
Hilton mehmanxanaları və kurortları haqqında
Ən çox tanınan adlardan biri olan Hilton mehmanxanaları və kurortları mehmanxana sahəsində dəbli, uzaqgörən qlobal lider kimi qəbul olunur. Hilton dünyanın təntənəli açılış mərasimlərindən və Hollivud mükafatlarının təqdim olunması şənliklərindən tutmuş, işgüzar tədbirlərə və xatirə günlərinə qədər tarix yaratdığı, müqavilələr bağladığı, xüsusi mərasimlərin şərəfinə badələr qaldırdığı bir məkandır. "Hilton Worldwide" şirkətinin aparıcı markası irsən keçən innovasiyaya əsaslanmaqla sabahın sağlam düşüncəli qlobal turistlərinin ehtiyaclarını ödəmək məqsədilə məhsullar və xidmətlər hazırlayır. Şirkət kollektivinin 144 mindən çox üzvünün təcrübələri sayəsində bir qonaq özünün qayğı ilə əhatə olunduğunu, qiymətləndirildiyini və hörmət göstərildiyini hiss edir. Hazırda Hilton mehmanxanaları və kurortları portfelinə 76 ölkədə 540-dan çox mehmanxana daxildir və marka "mehmanxana" sözünün sinonimi olaraq qalır. Hilton şirkətinə dair son xəbərləri www.hiltonglobalmediacenter.com saytından əldə edin və ya səyahətinizə www.hilton.com saytından başlayın. Sosial şəbəkə xidmətləri istifadəçiləri www.twitter.com/hiltononline, www.facebook.com/hilton və www.youtube.com/hilton saytları vasitəsilə Hilton şirkəti ilə tanış ola bilərlər. Hilton mehmanxanaları və kurortları "Hilton Worldwide" şirkətinin bazarda liderlik edən on brendindən biridir.
{nl}
"Hilton Worldwide" şirkəti haqqında
"Hilton Worldwide" mehmanxana sənayesində qabaqcıl qlobal şirkətdir.92 ildir ki, biznes və istirahət məqsədilə səyahətə çıxan şəxslərə ən gözəl mehmanxanalar, xidmətlər, istirahət zonaları və dəyər təklif edir. Şirkət özünün qlobal brendləri vasitəsilə qonaqlar üçün müstəsna təcrübələr təmin etmək ənənəsini davam etdirir. Şirkətin brendləri 82 ölkədə 3700 mehmanxana və 610 min otaqdan ibarətdir və bunların sırasına Valdorf Astoriya mehmanxanaları və kurortları, Konrad mehmanxanaları və kurortları, Hilton mehmanxanaları və kurortları, "DoubleTree by Hilton", "Embassy Suites Hotels", "Hilton Garden Inn", Həmpton mehmanxanaları, "Homewood Suites by Hilton", "Home2 Suites by Hilton" və "Hilton Grand Vacations" otelləri daxildir. Həmçinin, şirkət qonaqların mükafatlandırılması üçün dünya səviyyəli "Hilton HHonorso" adlı proqramını idarə edir. Daha ətraflı məlumatı şirkətin www.hiltonworldwide.com saytından əldə edə bilərsiniz.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.