"Hakimiyyətin zorakılıqla dəyişdirilməsi qeyri-məqbul yoldur" Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Şəbnəm Karslı bu fikirdədir

Radikal müxalifətin icazəsiz mitinq keçirmək cəhdi ictimaiyyət tərəfindən kəskin pislənilir. Hətta müxalifət nümayəndələri də razılaşdırılmamış aksiyaların keçirilməsinə ciddi etirazlarını bildirirlər.
Xəbər verildiyi kimi, İctimai Palata adlı qondarma qurum aprelin 2-də mitinq keçirmək barədə müvafiq icra hakimiyyətinə müraciət etmişdi. Bakı Şəhər İcra Hakimiyyəti "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna müvafiq olaraq mitinq keçirilməsi üçün müvafiq yer ayırmış və bu barədə aksiya təşkilatçılarına rəsmi məlumat vermişdir. Lakin təşkilatçılar bununla razılaşmayaraq şəhərin mərkəzində icazəsiz mitinq keçirməyə cəhd göstərmişlər. Antimilli qüvvələrin ictimai asayişi pozmaq, çaşqınlıq və qarşıdurma yaratmaq cəhdləri ictimaiyyət tərəfindən kəskin pislənilir, belə qeyri-sivil hərəkətlərin qarşısının alınması qətiyyətlə tələb edilir.
Ümid Partiyasının informasiya təminatı üzrə sədr müavini Şəbnəm Karslı da icazəsiz aksiyanın keçirilməsinin əleyhinə olduğunu bildirdi: "Ümid Partiyası müxalifətdə olan siyasi qurumdur. Buna baxmayaraq, partiyamız hakimiyyətin radikal, qeyri-sivil yolla dəyişdirilməsinin qəti əleyhinədir. Söz yox ki, Ümid Partiyası hakimiyyətə gəlmək uğrunda mübarizə apardığını gizlətmir. Ancaq hər şeyin demokratik seçkilər, konstitusion, sivil yolla həllini istəyir. Partiyamız bütün seçkilərə qatılır və növbəti prezident seçkilərinə də iştiraka hazırlaşır. Ş. Karslı dedi ki, biz ölkədə hüquqi dövlətin tərəfdarıyıq. Mövcud hüquqi dövlətimiz var. Ümid Partiyası hər zaman zorakılığın, qeyri-hüquqi yolların əleyhinə olub və bu yolla hakimiyyətə gəlməyi qəbul etmir. Biz qeyri-sivil, qanundan kənar addımlara yol verməyəcəyik".
Partiya funksioneri bildirdi ki, Konistitusiyamızın 49-cu maddəsi insanlara sərbəst toplaşmaq hüququ verib. Hər bir kəs bu hüquqdan qanun çərçivəsində yararlanmalıdır. İstərdim ki, mitinq bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə keçirilsin. Hakimiyyətin zorakılıqla dəyişdirilməsi qeyri-məqbul yoldur. Bu, hüquqi yol deyil və qeyri-sivildir. Biz belə hərəkətlərin əleyhinəyik. Baş verə biləcək bütün dəyişikliklərin Konistitusiya ilə tənzimlənməsinin tərəfdarıyıq. Bizim partiya vətəndaş qarşıdurmasının tərəfdarı deyil. Aprelin 2-si Kəlbəcərin işğalı günüdür. Belə bir hüznlü gündə vətəndaşların qarşıdurmasına səbəb ola biləcək addımların atılmasını qəbul etmirik".

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında