Ombudsmanlarla görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında iştirak etmək üçün ölkəmizdə səfədə olan Serbiya, Bolqarıstan, Əfqanıstan, Pakistan, Rusiya Federasiyasının Dağıstan, Tatarıstan respublikaları və  Moskva şəhərinin insan hüquqları üzrə müvəkkilləri, Ombudsman aparatlarının nümayəndələri, Rumıniya Ombudsmanının müavini və Uşaq Ombudsmanı, Gürcüstan xalq müdafiçəsinin müavini ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri  Sahil Babayev son 15 ildə Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda, mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran bir dövlət olduğunu vurğulayıb. S.Babayev həmçinin Azərbaycanın sosial ədalət prinsipinə söykənən əmək və sosial hüquqlar sisteminə malik olduğunu qeyd edib.

Hüquq bərabərliyinin bu sistemdə üstün prinsip kimi çıxış etdiyini vurğulayan nazir bildirib ki, mühüm beynəlxalq sənədlərə qoşulan Azərbaycan əmək və sosial müdafiə sahələrində qanunvericiliyini mütərəqqi beynəlxalq standartlara uyğun təkmilləşdirir. S.Babayev aztəminatlı ailələrin yoxsulluqdan kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramı barədə məlumat verib. Beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində və qabaqcıl dünya təcrübəsindən istifadə olunmaqla əmək və sosial müdafiə sahələrində müasir və şəffaf sistemlərin yaradılması üçün aparılan islahatları, əldə olunan müsbət nəticələri diqqətə çatdırıb.

Xarici ölkələrin insan hüquqları üzrə müvəkkilləri əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrində insan hüquqları sisteminin mütərəqqi beynəlxalq normalara, sivil yanaşmalara və hüquq bərabərliyi prinsipinə uyğun təkmilləşdirilməsi ilə bağlı Azərbaycanın təcrübəsinin təqdirəlayiq olduğunu qeyd ediblər. Sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin təmin edilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması üçün aktiv məşğulluq tədbirlərinə, xüsusilə özünüməşğulluq proqramına cəlb olunmaları yönündə ölkəmizdə aparılan işlərin məmnunluq doğurduğu bildirilib.

Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahələrində insan hüquqlarının təminatı məsələlərinə dair fikir mübadiləsi aparılıb, islahatlarla bağlı ölkələrarası təcrübə mübadilələrinin qarşılıqlı fayda verə biləcəyi vurğulanıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında