Sahil Babayev Şirvan şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində bu şəhərin və Sabirabad, Saatlı, Hacıqabul rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Öncə S.Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov ümummilli lider Heydər Əliyevin Şirvan şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Qəbula gələn vətəndaşlar sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunmaq, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı, əlilliyin təyinatı və s. məsələlərlə bağlı müraciət ediblər. S.Babayev müraciətlərdə ifadə olunan ayrı-ayrı məsələlərin qısa müddətdə araşdırılması və tədbirlər görülməsi üçün tapşırıqlar verib.

Bir sıra şəxslərə müraciətlərinə əsasən ərazidəki vakant iş yerlərinə göndərişlər verilib, əlilliyi olan şəxslər bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmək üçün qeydiyyata alınıb. Bir nəfər isə müraciəti əsasında əlil arabası ilə təmin olunub.

 S.Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin özünüməşğulluq proqramına cəlb olunması işlərinin gücləndirildiyini, cari ildə proqramın əhatə edəcəyi şəxslərin sayının 7 minə çatdırılmasının nəzərdə tutulduğunu vurğulayıb. O bildirib ki, Şirvan şəhəri, Sabirabad, Saatlı, Hacıqabul rayonları üzrə 48 şəxs özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi fəaliyyət növləri üzrə öz ailə təsərrüfatlarını yaradaraq kiçik biznesə çıxış imkanı qazanıb. Cari ildə isə onların sayının 5 dəfədən çox olması, yəni bu 4 şəhər və rayon üzrə 250 ailənin həmin proqramda iştirakı planlaşdırılıb.

İmtiyazlı şəxslərin mənzillə əlaqədar müraciətləri də cavablandırılıb. Qəbula gələn vətəndaşlar ölkə əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olanlara və şəhid ailələrinə dövlət qayğısının artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların özünüməşğulluq və kiçik ailə biznesinə çıxış imkanlarına yiyələnmələri üçün aparılan işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında