Dağıdıcılıqla məşğul olan müxalifət yalnız xalqın nifrətini qazana bilər

Bəşəriyyət sınaq qarşısındadır. Dəhşətli fəlakətlər bir-birini əvəz edir. Dağıdıcı zəlzələlər, sunamilər, yanğınlar, vulkan püskürmələri və sair tektonik təbiət hadisələri insanları, bütöv ölkələri, hətta ayrı-ayrı qitələri imtahana çəkir.  
Əfsuslar olsun ki, bəzi insanlar xeyirxahlıq, alicənablıq, tolerantlıq, ədalətlilik kimi yüksək keyfiyyətlərdən uzaq düşüblər. Amerikadakı keşiş ağlını itirərək "Qurani-Kərimi" yandırmaqla dünya müsəlmanlarını ayağa qaldırıb, neçə-neçə günahsız din qardaşının qətlə yetirilməsinin baiskarı olub. Yaxud, Danimarkada bir ağıldankəm rəssam Məhəmməd peyğəmbərin karikaturasını çəkməklə aləmi bir-birinə vurub.
Heç uzağa getməyək, ötən əsrin 80-ci illərini xatırlayaq. Yenidənqurma pərdəsi altında hakimiyyətə gələn Mixail Qorbaçovun himayədarlığından istifadə edən ermənilər qonşularının ata-baba torpaqarlarına qənim kəsildilər. Azərbaycanın 20 faiz torpağını işğal edib, bir milyondan çox adamı qaçqın və məcburi köçkünə çevirdilər.
Yadınızdadırsa, 1988-ci ildə baş verən zələlədən sonra öz xanımı ilə Yerevana gələn Qorbaçova dağıntıların altından çıxarılan erməni qocası - Dağlıq Qarabağı nə vaxt bizə verəcəksən? - deyə müraciət etdi, haray-həşir saldı, şivən qopardı. Ondan da dəhşətli zəlzələyə, sunamiyə, atom radiasiyasına məruz qalan Yaponiya xalqı isə baş verənləri son dərəcə soyuqqanlıqla qarşıladı, ölənləri kədər-qüssə ilə dəfn edərək, yerlə-yeksan olan yaşayış məntəqələrini sakitcə bərpa etməyə başladı.
Ərəb dünyasını bürüyən iğtişaşlar səngimək bilmir. Afrika qitəsi də qarışıb. Ölüm-itim, dağıntılar hər yanı basıb. İnsanlar sanki bir-birinin qəniminə çevriliblər, qan su yerinə axır. Bütün bu qalmaqallardan bəhrələnmək istəyən aparıcı dövlətlər aranı daha da qızışdırmağa cəhd edirlər. Çünki, necə deyərlər, bulanıq suda balıq tutmaq asandır. Bir vaxtlar Gürcüstanda, Ukraynada, Qırğızıstanda və digər keçmiş müttəfiq respublikalarda baş verən mitinqlərdən, dövlət çevrilişlərindən ruhlanan bizim müxalifətçilər indi də ərəb "inqilab"larından cuşa gəliblər. Bir qrup başıpozuq gənci ətrafına toplayan radikal müxalifətçilər "həftə səkkiz mən doqquz" mitinq keçirmək həvəsindədirlər.
Əvvəla, onu deyim ki, bizim radikal müxalifət 18 ildir ki, hakimiyyətdə olduqları dövrün - xaos və anarxiya dövrünün xiffətini çəkir. Azərbaycanı istəməyən, bugünkü inkişafına həsəd aparan, ölkədəki sabitliyi gözü götürməyən xarici qüvvələrin ianələri ilə dolanan radikal müxalifətçilər yenə də aranı qarışdırmağa çalışırlar, böyük zəhmət bahasına qurulan, ildən-ilə abadlaşaraq göz oxşayan, hətta xarici qonaqları valeh edən şəhər və rayonları yenidən bərbad hala salmağa, qarət etməyə can atırlar. Aprelin 2-də İctimai Palatada birləşən radikal müxalifət partiyalarının Bakının mərkəzində keçirmək istədiyi icazəsiz mitinqdə baş verənləri göz önünə gətirəndə adamı dəhşət bürüyür, ötən əsrin 90-cı illəri yada düşür. Sanki ağlını itirmiş bir qrup adam qabağına keçəni vurub-dağıdır, asayişin keşiyini qoruyan polis maşınlarını əzir, ictimai obyektlərin şüşələrini qırır, sahibkarların əmlakına ziyan vururdu.
Şəxsən mən həmin gün xəcalət hissi keçirdim. Ona görə ki, doğma paytaxtımızın küçələri, bina və obyektləri belə vandal aksiyaya məruz qalmamalı idi. Adamdan soruşarlar, ay müxalifət, sən ömründə bir dəfə Fəvvarələr meydanı kimi gözəl, rahat istirahət mərkəzi yaratmısan ki, onu dağıtmağa hazırsan. Adam gərək öz əməlinə fikir versin. İnqilabi dəyişikliyə elə özünüzdən başlasanız daha yaxşı olar. Qoyun camaat rahat yaşasın. Biz, sizdən fərqli olaraq dövlətimizin şərəfini ləyaqətlə qorumağa həmişə hazırıq.

{nl}

Elmira MƏMMƏDOVA, Bakı şəhəri, həkim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında