Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın apardığı uğurlu daxili və xarici siyasətin məntiqi bəhrəsidir

Bu il aprelin 7-dən 9-dək dünya üzrə ilk dəfə olaraq Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycanın apardığı uğurlu daxili və xarici siyasətin məntiqi bəhrəsidir. Azərbaycan bu forum çərçivəsində xalqlararası dialoq quraraq başqa ölkələrə nümunə olacaq səviyyədə işlər görmüşdür.
Bu sözləri Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi məsələsinə münasibət bildirərkən demişdir.
Onun sözlərinə görə, belə bir forumun keçirilməsi bütün dünya üçün çox vacib və əhəmiyyətlidir. Çünki müasir mərhələdə dünyada millətlərin və dinlərin bir-biri ilə toqquşması kimi xoşagəlməz meyl mövcuddur. Bu sahədə Azərbaycanda heç bir problemin olmadığını vurğulayan S.Seyidov qeyd etmişdir ki, ölkəmizdə dinlər və millətlər arasında xüsusi inteqrativ münasibətlər qurulması təcrübəsinə görə digər dünya dövlətlərinə nümunə olmağa layiqdir. Hər bir vətəndaş ümummilli lider Heydər Əliyev siyasəti nəticəsində formalaşmış azərbaycançılıq fəlsəfəsi ilə yaşayır.
S.Seyidov ölkəmizdə mədəniyyətlərarası münasibətlərə həsr edilmiş belə bir forumun keçirilməsinin Azərbaycan üçün çox əhəmiyyətli olduğunu bildirmişdir. Vurğulamışdır ki, belə mötəbər bir tədbir ölkəmizdə gedən prosesləri, eləcə də bizim necə mədəni və sülhsevər xalq olduğumuzu dünyaya nümayiş etdirmək imkanı yaradacaqdır. Bu forum müddətində Azərbaycan bütün dünyanın diqqət mərkəzində olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında