Dünya Azərbaycanlılarının III Qurultayı iyulun 5-də Bakıda keçiriləcəkdir

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli Sərəncamına uyğun olaraq Dünya Azərbaycanlılarının III Qurultayının 2011-ci il iyulun 5-də Bakıda keçirilməsi planlaşdırılır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcəklər. Bundan əlavə, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə daim dəstək olan bir sıra ölkələrin tanınmış alim və ziyalılarının, dövlət rəsmilərinin, siyasi partiyaların təmsilçilərinin, deputatların da qurultayda iştirakı gözlənilir.
Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövrdə görülmüş işlərin müzakirə olunacağı toplantıda, həmçinin müasir dövrdə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, gələcək fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaqdır.
Diasporla İş üzrə Dövlət Komitəsində Dünya Azərbaycanlılarının III Qurultayının təşkili ilə bağlı tədbirlər planı hazırlanmış və işçi qrupu yaradılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında