Azərbaycanın Avropa Şurası ilə hüquqi əməkdaşlığı yüksək səviyyədədir

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov aprelin 4-də Avropa Şurasının (AŞ) Bakı ofisinin yeni rəhbəri səfir Konstantin Yerokostopulosla görüşmüşdür. 
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayan nazir, K.Yerokostopulosa yeni vəzifəsində uğurlar arzulamış, qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əminliyini bildirmişdir. F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu məhkəmə-hüquq islahatlarını, o cümlədən hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf qaydalarla seçiminin artıq digər ölkələr üçün model kimi göstərildiyini vurğulamış, habelə penitensiar infrastrukturun müasirləşdirilməsindən danışmış, həyata keçirilən islahatlarda AŞ-nin yaxından iştirakını yüksək qiymətləndirmişdir.
Səfir Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 ilinin tamam olduğunu, bu müddət ərzində ölkəmizin regionda ən önəmli tərəfdaş olduğunu bildirmişdir. O, AŞ-nin Azərbaycan ilə əlaqələrin daha da dərinləşdirməsində maraqlı olduğunu vurğulamışdır. Ədliyyə Nazirliyi ilə səmərəli və işgüzar münasibətləri təqdir edən səfir qarşılıqlı fəaliyyətin inkişafı üçün səylərini əsirgəməyəcəyini söyləmişdir.
Görüşdə həmçinin, inzibati məhkəmələrin təsis edilməsi insan hüquqlarının müdafiəsi baxımından dəyərləndirilmiş, hakimlərin tədrisi və Avropa Məhkəməsi presedentlərinin öyrənilməsi və s. aktual məsələlərə dair faydalı fikir mübadiləsi aparılmışdır.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında