Bakı sakinləri Prezident İlham Əliyevi dəstəkləyirlər

Bakı sakinlərinin əksəriyyəti Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləyir.  
AzərTAc xəbər verir ki, "Rəy" Monitorinq Mərkəzinin martın 28-dən 31-dək keçirdiyi ictimai sorğunun nəticələri belə deməyə əsas verir.
Sorğunun nəticələrinə əsasən, əgər qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilsəydi, paytaxt əhalisinin əksəriyyəti (83 faiz) öz səsini Prezident İlham Əliyevə verərdi.
"İlham Əliyev sizin kimi insanların maraqlarını təmin edirmi" sualını cavablandırarkən respondentlərin 70 faizə qədəri "bəli", 11 faizi "xeyr", 6 faizi isə "yəqin ki, təmin etmir" cavab variantlarını seçmişdir. Şəhər sakinlərinin 65 faizə qədəri isə Azərbaycan Prezidenti postunda İlham Əliyevə alternativ görmədiklərini bildirmişdir.
Sorğu, həmçinin göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların yarıdan çoxu (57 faizi) birmənalı olaraq səsverməyə qatılardılar. Respondentlərin 17 faizi "yəqin ki, qatılardım" cavab variantını seçmiş, 19 faizi isə bildirmişdir ki, səsverməyə qatılmaqdan imtina edərdi.
Qeyd edək ki, hesabat martın 28-dən 31-dək Bakıda keçirilmiş "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanmışdır. "Üzbəüz" müsahibə yolu ilə keçirilən sorğuya yaşı 18 və yuxarı olan 850 respondent cəlb edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında