Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi Azərbaycanda mədəniyyətin inkişafının göstəricisidir

Bu il aprelin 7-dən 9-dək dünyada ilk dəfə olaraq Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi tolerantlığın hökm sürdüyü ölkəmizdə mədəniyyətin inkişafının göstəricisidir.
Bu sözləri Azərbaycan Milli Elmər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi məsələsinə münasibət bildirərkən demişdir.
Onun sözlərinə görə, mədəniyyətlərin qovuşduğu ölkədə - Azərbaycanda keçiriləcək forum xalqların, millətlərin bir araya gəlməsinə və bir-birinin təcrübələrindən istifadə etməsinə şərait yaradacaqdır. Təcrübə, mədəniyyət və tarix baxımdan çox əhəmiyyətli olan bu mötəbər beynəlxalq məclis, eyni zamanda xalqları, millətləri bir-birinə qovuşduraraq Azərbaycanın digər ölkələrə nümunə olmasını təmin edəcəkdir.
A.Mustafayeva ölkəmizdə mədəniyyətlərarası münasibətlərə həsr edilmiş belə bir forumun keçirilməsinin Azərbaycan üçün çox əhəmiyyətli olduğunu bildirmişdir. Qeyd etmişdir ki, ölkəmizdə müxtəlif etnos nümayəndələrinin bir ailənin üzvü kimi yaşamaları mədəniyyətlərarası sintezin bariz nümunəsidir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında