Hidayət Orucov: Ümumdünya ictimai fikri plüralizmə əsaslanan mədəniyyətlərarası dialoqu dünyəvi iş forması olduğu qədər də dinin tələblərinə uyğun gələn hesab edir, onların qarşılıqlı bağlılığını yekdilliklə dəstəkləyir

Müasir dünyamız ciddi problemlər yaşamasına baxmayaraq bizi əhatə edən aləmdə bəşəri məsələlər barədə diskussiyalar aparmaq, sosial-siyasi qarşıdurmaların dinc yolla həllinə nail olmaq meyli getdikcə güclənməkdədir. Hətta ayrı-ayrı bəhanələrlə süni ziddiyyətlər yaradan, beynəlxalq qanunlara fərqli yöndən yanaşaraq işğalçılıq ehtirası ilə yaşayan "mədəniyyət" sahibləri də problemin dialoq formatında həllinə ümid edirlər. 
Bu sözləri Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı fikirlərini bölüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov demişdir.
Komitə sədri vurğulamışdır ki, bu kontekstdə əhəmiyyətli məsələ ondan ibarətdir ki, ümumdünya ictimai fikri plüralizmə əsaslanan mədəniyyətlərarası dialoqu dünyəvi iş forması olduğu qədər də dinin tələblərinə uyğun gələn hesab edir, onların qarşılıqlı bağlılığını yekdilliklə dəstəkləyir. Bunu onunla izah etmək olar ki, hər mədəniyyətin tərkibindəki dini dəyər onu zənginləşdirən mənsubiyyətdir. Bu mənada, bəzilərinin düşündüyü kimi, din gerilik əlaməti deyil, yüksək mədəniyyət göstəricisidir. Ona görə də qlobal Bakı Forumu çərçivəsində nəzərdə tutulmuş tematik mövzulardan birinin "Dialoq dünya dinləri arasında və onların sırasında" adlandırılması zamanla səsləşir.
Bu gün etnik-dini müxtəlifliklər üzərində formalaşmış dünya mədəniyyətinin hər bir üzvü qarşılıqlı münasibətlər fonunda bir-birindən bəhrələnmək arzusundadır. Gələcək dünya müasirlərimizin dünya dinləri arasında, eləcə də din daxilində dialoqundan asılıdır. Son illərin sosial dəyərlər sistemində gedən dəyişikliklər göstərmişdir ki, dünya öz problemlərini nəzəri cəhətdən dərk edir, lakin məsələnin həllinə gəldikdə isə çatışmazlıqlar çoxdur. Beləliklə, həyat bizə qlobal problemlərə birlikdə elmi-mədəni müdaxilə məntiqini diktə edir.
İnanıram ki, Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda mədəniyyətlərarası və dinlərarası dialoqun texnologiyasına da xüsusi diqqət yetiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında