Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb

Moderator.az-dan aldığımız məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı 24 yanvar 2017-ci il tarixli  Sərəncam imzalamış, Sərəncama əsasən,  kəndin ərazisi minalardan təmizlənərək ilkin mərhələdə kənddə  50 fərdi yaşayış evi, məktəb binası və digər müvafiq infrastruktur inşa edilərək, 14 iyun 2017-ci ildə istifadəyə verilmiş, məcburi köçkünlərin buraya  köçürülməsi qısa müddətdə başa çatdrılmışdır.

Kənddə bərpa işlərinin ikinci mərhələsində,  dövlət başçısısının 15 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq, əlavə 100 yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi və digər zəruri obyektlər inşa edilib.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, bu mərhələdə indiyədək Cocuq Mərcanlı kəndinə 50-dən çox ailənin köçürülməsi təmin edilib.

 Bunlar, əsasən, Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış  məcburi köçkün ailələridir. Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni yaşayış yerlərinə köçürülməsi məsələsi ilə  mövcud qanunverciliyə uyğun olaraq yaradılmış vahid komissiya məşğul olur. Köçürülmə prosesi hazırda davam edir.

 

İ. Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında