Azərbaycan ilə Avropa Şurası əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunmuşdur

Aprelin 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının (AŞ) ölkəmizdəki ofisinin yeni təyin olunmuş rəhbəri, səfir Konstantin Yerokostopolos ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfirə yeni fəaliyyətində uğurlar arzulayan E.Məmmədyarov AŞ-nin Azərbaycandakı ofisi ilə əməkdaşlığı daha da genişləndirməyə hazır olduqlarını vurğulamışdır.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi barədə qonağa ətraflı məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində Sahə Qiymətləndirmə Missiyasının həyata keçirilməsindən sonra ATƏT yaranmış mövcud vəziyyəti ("status-kvo") qəbuledilməz hesab etmişdir. E.Məmmədyarov Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının ən mühüm məsələlərdən olduğunu demişdir.
K.Yerokostopolos isə diplomatik fəaliyyətini ölkəmizdə həyata keçirməkdən məmnunluğunu ifadə edərək Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın genişləndirilməsi üçün çalışacağını vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında