Abşeronda imkansız ailələrə bayram sovqatı paylanıb

"On bir ayın sultanı" sayılan Ramazan ayı gəlişi ilə bərəkət, sevinc gətirməklə yanaşı, hər bir insanın mənəvi saflaşması üçün sanki bir fürsət yaradıb. İnsanpərvərlik, birlik, həmrəylik bayramı olan Ramazan bayramı hər il dövlətimiz tərəfindən də yüksək səviyyədə qeyd edilir. Hər yerdə iftar süfrələri açılıb, imkansızlara yardımlar göstərilib.

Abşeron rayonunda əhalinin qayğı uman təbəqəsinə bütün bayramlarda, əlamətdar günlərdə diqqət göstərilməsi, onların xoş sözlərlə, qiymətli hədiyyələrlə sevindirilməsi gözəl ənənə halını alıb. Müqəddəs Ramazan bayramı ərəfəsində də bu ailələr yaddan çıxmamışlar. Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən 500 şəhid, məcburi köçkün, Qarabağ əlili və digər aztəminatlı ailələrə bayram sovqatları göndərilib.

Diqqət və qayğıdan, maddi və mənəvi dəstəkdən razı qalan aztəminatlılar əziz gündə adlarının anılmasına, bayram süfrələrinin ruzili olmasına görə dərin minnətdarlıqlarını bildiriblər.

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında