Norveç Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Norveç Krallığının Azərbaycandakı səfiri Erling Şönsberq aprelin 4-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, söhbət zamanı O.Əsədov səfirin ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini söyləmişdir. Parlamentin sədri demişdir ki, Azərbaycan onun müstəqilliyini ilk tanıyan ölkələrdən bir kimi Norveçlə əlaqələrin inkişafına böyük maraq göstərir. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı aparılan siyasi dialoq ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli rol oynamışdır. İki ölkə arasında imzalanmış sənədlər qarşılıqlı münasibətlərin etibarlı hüquqi bazasını təşkil edir.
Milli Məclisin sədri vurğulamışdır ki, biz NATO-nun proqramları çərçivəsində əlaqələrin genişləndirilməsinin tərəfdarıyıq. Azərbaycan və Norveç hərbçiləri dünyanın qaynar nöqtələrində sülhməramlı əməliyyatlarda, beynəlxalq terrorizmə qarşı mübarizədə birlikdə iştirak edirlər.
Qarşılıqlı münasibətlərin dərinləşməsində parlamentlərin rolunu xatırladan O.Əsədov Milli Məclisdə Norveç parlamenti ilə dostluq qrupunun fəaliyyət göstərdiyini, belə bir qrupun Norveç parlamentində yaradılmasının əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan Norveçlə qeyri-neft sahələrində də əməkdaşlığın inkişafında maraqlıdır. Bu baxımdan biznes forumlarının, beynəlxalq sərgilərin təşkili, birgə layihələrin həyata keçirilməsi faydalı olardı.
Dağlıq Qarabağ münaqişəsindən danışan O.Əsədov problemin həllində rəsmi Bakının haqlı mövqeyini xatırlatmış və bildirmişdir ki, Azərbaycan problemin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə tərəfdardır və bu baxımdan beynəlxalq birliyin prinsipial mövqeyinə ümid bəsləyir.
E.Şönsberq Norveçin azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək demişdir ki, Bakıda fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da dərinləşməsi naminə səylərini əsirgəməyəcəkdir. Ölkəsinin tanınmış şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə yatırdıqlarını xatırladan səfir qeyri-neft sektorunda da əlaqələrin genişlənməsi üçün imkanlar olduğunu söyləmişdir.
Görüşdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, təcrübə və informasiya mübadiləsinin əhəmiyyəti, gələcəkdə parlamentlər səviyyəsində humanitar sahədə əlaqələrin inkişafının vacibliyi vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında