Avropa Şurası demokratiya, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycana hər cür kömək göstərməyə hazırdır

Avropa Şurasının Bakıdakı ofisinin yeni rəhbəri Konstantin Yerokostopulos aprelin 4-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, Oqtay Əsədov qonağı Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri təyin edilməsi münasibətilə təbrik etmiş, gələcək fəaliyyətində uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, Konstantin Yerokostopulosun ölkəmizdə diplomatik fəaliyyətə başlaması əlamətdar günlərə təsadüf edir. Bu il Azərbaycanın Avropa Şurasına (AŞ) üzvlüyünün 10 ili tamam olur. Ötən dövrdə Avropa dəyərləri ölkəmizdə cəmiyyət və dövlət həyatının bütün sahələrinə nüfuz etmişdir. Demokratik prinsiplərin bərqərar olması və hüquqi dövlət quruculuğu yolunda düşünülmüş tədbirlər görülür. Azərbaycanın Avropa standartlarına uyğun qanunvericilik bazası formalaşmışdır. Ölkəmiz təşkilat qarşısında götürdüyü öhdəliklərə həmişə hörmətlə yanaşmış və bu öhdəliklərin böyük əksəriyyətini artıq yerinə yetirmişdir.
Milli Məclisin sədri demişdir ki, AŞ-nin Parlament Assambleyasında Azərbaycan ilə bağlı 7 qətnamə qəbul olunmuşdur. Təşkilatın Dağlıq Qarabağ probleminə xüsusi diqqət yetirməsi təqdirəlayiqdir. Bu məsələ ilə əlaqədar qurumun qəbul etdiyi qətnamədə Ermənistanın işğalçılıq siyasəti öz əksini tapmışdır.
Sədr Avropa Şurasının bütöv bir regionun təhlükəsizliyini təhdid edən bu problemin ölkəmizin ərazi bütövlüyü prinsipləri əsasında həllinə öz töhfəsini verəcəyinə inamını ifadə etmişdir.
Konstantin Yerokostopulos yeni vəzifədə Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin inkişafında səylərini əsirgəməyəcəyini vurğulamışdır. O, təmsil etdiyi təşkilatın demokratiya, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycana hər cür kömək etməyə hazır olduğunu bildirmişdir. O demişdir ki, AŞPA və onun müvafiq strukturları ölkəmizlə sıx əlaqələr saxlayır və gələcəkdə də bu əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında