Yeni internet kanalı istifadəyə veriləcək

Ölkənin tele məkanına daha bir TV kanalı qoşulacaq. "ER TV" adlı kanal hələlik internetdə yayımlanacaq. Bu barədə "ER" Prodokşnın icraçı direktoru Qismət Əliyev məlumat verib. Onun sözlərinə görə, kanal yaxın gələcəkdə efir məkanına da qoşulacaq. 
Prodakşn rəhbəri "ER TV" ilə yanaşı, informasiya agentliyinin fəaliyyət göstərəcəyini də qeyd edib. Məqsəd Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurları, erməni terrorçularının xalqımızın başına gətirdiyi vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq, eləcə də gənclərin vətənpərvərlik ruhunun güclənməsinə xidmət edən verilişlər yayımlamaqdır.
Prodakşn bir sıra layihələr üzərində işləyir. Türkiyənin məşhur kino studiyalarının biri ilə müştərək çəkəcəkləri "Kaş ki səni sevməyəydim" filmi 2012-ci ilin yanvarında tamaşaçılara təqdim ediləcək. Film real həyatdan götürülmüş və Oksford Universitetində yaşanılmış bir sevgi əhvalatını əks etdirir. Filmin baş qəhrəmanları Fərar, Nəzrin, Ayxan, Barı dayı və Becan obrazlarıdır.
"SPACE" radiosu ilə yayımlanan "Kaş ki səni sevməyəydim" filminin musiqi serialı versiyası artıq kiçik bir zaman ərzində böyük tamaşaçı rəğbəti qazanıb. Ulu öndərin xatirəsinə həsr edilmiş "Heydərlə Azərbaycan" mahnısı da "ER" prodakşnın layihəsidir.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında