BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlıq müzakirə edilib

Əmək bazarında inkluzivliyin təmin olunması üçün aparılan işlərdə əlilliyi olan vətəndaşların məşğulluq imkanlarına yiyələnmələrinə daha geniş şərait yaradılması başlıca hədəflərimizdən biridir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə nazirlikdə keçirilən görüşdə vurğulayıb.

S.Babayev BMT-nin İnkişaf Proqramı ilə ƏƏSMN arasında son illərdə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, layihə SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyasının tətbiqinə əsaslanmaqla, gənclərin əmək bazarına daha asan inteqrasiyası, onların müasir işaxtarma metodlarına malik olmalarında, sahibkarlıq, sistemli biznes, şəxslərarası şəbəkələrin qurulması, ofis işi və s. sahələrdə bacarıqlarının inkişaf etdirilməsində öz faydasını verib. SYSLAB Mərkəzlərində təlimlərdə iştirak edən gənclərin əksər hissəsi qazandıqları bilik və bacarıqlar sayəsində qısa müddətdə özlərinə iş yeri əldə ediblər. Bu sahədə müsbət nəticələr layihənin müddətinin uzadılmasına əsas verib və hazırda Gəncə və Masallıda SYSLAB Təlim-Tədris Mərkəzləri fəaliyyətini davam etdirir.

Nazir əlilliyi olan şəxslərin də əmək bazarına çıxışının asanlaşdırılmasına yönələn aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinin vacibliyini qeyd edib. S.Babayev bu təbəqədən olan insanların özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi üçün müvafiq işlərin aparılmasına ehtiyac olduğunu bildirib.

 Q.İsakzai BMT İnkişaf Proqramının gənclərin və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi sahəsində birgə işlərin gücləndirilməsində və yeni layihələrin hazırlanaraq həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə gənclərin və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi sahəsində BMT-nin İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında