Bişkekdə çıxan "Türkel" qəzetində Azərbaycandan bəhs edən geniş yazılar dərc olunmuşdur

Bişkekdə qırğız, türk, Azərbaycan və rus dillərində nəşr olunan, Orta Asiya dövlətləri və Qazaxıstan, həmçinin Türkiyədə yayılan "Türkel" qəzetində AzərTAc-ın Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Azərbaycanın sosial-iqtisadi inkişafından bəhs edən "Azərbaycan yüksəliş yolları ilə irəliləyir" (rus dilində) sərlövhəli bir səhifəlik yazısı dərc edilmişdir.
Yazıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən sitatlar verilmişdir.
İclasda dövlətimizin başçısının xüsusi vurğuladığı bu fikir oxucuların diqqətinə çatdırılmışdır: "Bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdir. Ümid edirəm ki, bu il və gələn il aparılacaq kəşfiyyat nəticəsində bu rəqəm daha da artacaqdır".
Yazıda deyilir ki, keçən il Azərbaycanın neft-qaz sektorunda böyük uğurlar qazanılmışdır. Bu müddətdə 51 milyon ton neft hasil edilmiş, onun böyük hissəsi ixrac olunmuşdur. İl ərzində 27 milyard kubmetr qaz hasil edilmişdir.
Məqalədə neft-qaz sektoru, nəqliyyat infrastrukturları, sərmayə qoyuluşu, sosial sahənin uğurları və digər məsələlər yarımsərlövhələrlə verilmişdir. Qəzetin həmin nömrəsində müəllifin rus dilində "Azərbaycanın soyqırımı və deportasiyası" başlıqlı bir səhifəlik geniş materialı da dərc olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında