Kəlbəcərdən olan məcburi köçkünlər BMT-yə müraciət etmişlər

Kəlbəcər rayonunun işğalından 18 il ötür. Azərbaycanın müxtəlif rayonlarında məcburi köçkün həyatı yaşayan kəlbəcərlilər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət etmişlər. 
Müraciətdə deyilir: "Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1993-cü ilin aprelində biz ata-baba torpaqlarımız olan Kəlbəcərdən köçkün düşmüşük. Rayonun 73 min əhalisi məcburi köçkün kimi Azərbaycanın ayrı-ayrı bölgələrində məskunlaşmışdır.
1993-cü ildə BMT TŞ Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul etsə də, indiyədək bu qətnamələr kağız üzərində qalmışdır. Halbuki, BMT TŞ-nin Liviya ilə bağlı qəbul etdiyi haqlı qətnamənin mürəkkəbi qurumamış hərbi əməliyyatlara başlanılmışdır. Hesab edirik ki, kainatın övladları kimi bizim də Yer üzərində yaşamaq hüququmuz vardır. Sizə müraciət etməkdə məqsədimiz Ermənistan tərəfindən pozulmuş insan hüquqlarının bərpasına yardımçı olmağınızı xahiş etməkdir. Axı, Ermənistanın işğalçı siyasəti nəticəsində bizim bütün hüquqlarımız pozulmuşdur.
Bu yaxınlarda ATƏT-in Faktaraşdırıcı Missiyası Kəlbəcərdə süni şəkildə ermənilərin məskunlaşdırılması barədə məlumat yaymışdır. Bildirilir ki, Kəlbəcər işğal olunana qədər burada bir nəfər də olsun erməni yaşamamışdır. Ümumbəşəri dəyərləri hər şeydən üstün tutan bir nüfuzlu qurum kimi, Sizdən xahiş edirik ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının boşaldılması ilə bağlı BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələri gerçəkləşdirəsiniz. Biz öz haqqımızın özümüzə qaytarılmasını istəyirik. Biz Ermənistanın işğalçılıq siyasətinin dayandırılmasını tələb edirik. Biz öz ata-baba torpaqlarımıza qayıtmaq istəyirik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında