Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Gənclər Mədəniyyətlərarası İttifaq Uğrunda beynəlxalq hərəkatı təsis olunacaqdır

Bəzi tədbirlərdə praktiki iştirak ilə bağlı addımlarımız nəzərdə tutulmuşdur.
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Mədəniyyətlərarası Alyansı, İslam Konfransı Gənclər Forumu və Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Gənclər Mədəniyyətlərarası İttifaq Uğrunda beynəlxalq hərəkatı təsis olunacaqdır.
İKGF-in baş katibi, səfir Elşad İsgəndərov bildirmişdir ki, bu hərəkat 2007-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə beynəlxalq konfransda irəli sürülmüşdür. Bu hərəkat hazırda beynəlxalq münasibətlərdə ən ağır məsələlərlə - mədəniyyətlər və sivilizasiyalararası münasibətlərdə olan kəskin məsələlərlə məşğul olur. Hər il bu hərəkatın beynəlxalq forumları keçirilir. Hərəkat ümumiyyətlə mədəniyyətlər arasındakı problemləri aradan qaldırmağa çalışır və bu prosesdə gənclərin fəal rolunu nəzərə alaraq BMT-nin bu istiqamətdə qurduğu ilk struktur beynəlxalq hərəkat olacaqdır. Bunun Azərbaycan tərəfindən təklif edilməsi və ölkəmizdə keçirilməsi mədəniyyətlərarası, sivilizasiyalararası alyans sahəsində ölkəmizin mühüm addımlarından biri olacaqdır. Bu, Azərbaycanın mədəniyyətlərarası tolerantlığın ünvanı olmasını əks etdirən bir layihədir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında