“Son zəng” – Əlvida, məktəb!

Azərbaycanda 2017/2018-ci dərs ili başa çatdı və bütün ümumtəhsil müəssisələrində "Son zəng" çalındı. Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
 
“Son zəng” tədbirləri ilə bağlı biz də şəhərimizin məktəblərinə baş çəkdik. Nəsimi rayonu 1 saylı tam orta məktəbində “Son zəng” tədbiri əsl bayramı xatırladırdı. Xüsusi geyimli onbirincilərin narahatlığını duymaq çətin deyildi. Axı, bu il onlar doğma məktəblə, sevimli müəllimləri ilə vidalaşırlar. Əllərində gül dəstələri tədbirə gələn balaca fidanların da çöhrələrindən sevinc yağırdı. 
Tədbiri məktəbin direktoru Elida Rzayeva açdı. Bildirdi ki, Prezident İlham Əliyevin xalqımızın gələcəyi olan uşaqlara göstərdiyi diqqət və qayğı onların sağlam və bilikli böyüməsinə imkan yaratmışdır. Yeni məktəblər tikilmiş, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmlənmiş, təhsilin keyfiyyəti xeyli yüksəlmişdir. 
 Elida xanım qeyd etdi ki, bu qayğı və diqqət bizim məktəbin fəaliyyətində də aydın hiss olunur. Bu il 55 şagird on birinci sinfi bitirir. Onları 80 nəfər birinci sinif şagirdləri əvəz edəcək. Biz indi onbirinciləri yola salırıq. Bu yolda onlara uğurlar diləyirik. Əziz onbirincilər ,biz istəyirik ki, həmişə sizin xoş sədanızı eşidək. Sizi xalqımız, dövlətimiz üçün gərəkli mütəxəssis kimi görəcəyimizə böyük ümid bəsləyirik. 
Sonra çıxış edənlər də bu arzuya qoşuldular. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov da iştirak edirdi.
 Bir azdan “Son zəng”in sədası tədbirə xüsusi ovqat qatdı.
Bura isə , Bakı şəhəri 5 saylı tam orta məktəbdir. “Son zəng” tədbirinə burada da ciddi hazırlıq işləri görülmışdır. Hər tərəf bayramsayağı bəzədilmişdi. Biz məktəbə çatanda artıq tədbir başlamışdı. Məktəbin direktoru Nərminə Gündüzlü onbirinciləri təbrik edirdi. Direktor bildirdi ki, bu il məzunların sayı 102 nəfərdir. Onlar artıq ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 6 nəfər 600-dən yuxarı bal toplamışdır. Birinci sinfə isə 180 nəfər qəbul olunub. Bu tədris ilində məktəbimizin nailiyyətləri çox olub. Məktəbimiz Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihəsi müsabiqəsinin qalibi olmuşdur və “Yaşıl məktəb – ekoloji yönümlü və enerji effektli pilot təhsil müəssisəsi “ adını almışdır.
Uğurlarımız çoxdur. Mən onları sadalamaq fikrində deyiləm. Bircə onu demək istəyirəm ki, bu nailiyyətlərin əsasında dövlət başçısının həyata keçirdiyi davamlı təhsil islahatları durur.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldəniz Cabbarov və valideynlər çıxış etdilər. 
 M.MÜKƏRRƏMOĞLU, 
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında