SAM-ın xarici əlaqələri genişlənir

Türkiyənin Strateji Texniki-İqtisadiyyat Tədqiqatlar Mərkəzinin rəhbəri Ünvər Çəkəmoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olmuşdur. Türkiyəli qonaq SAM-ın direktor müavini Gülşən Paşayeva ilə görüşmüşdür.
SAM-dan bildirmişlər ki, G.Paşayeva mərkəzin fəaliyyəti, elmi nəşrləri, keçirdiyi yerli və beynəlxalq əhəmiyyətli tədbirləri və s. haqqında ətraflı məlumat vermişdir.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilərək, bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur. Humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki ölkənin "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilmişdir.
Bundan əlavə, görüşdə bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında