Əli Kərimlinin xəyanətkar əməlləri yaxın qohumları tərəfindən nifrətlə qarşılanır

Onlar Yeni Azərbaycan Partiyasına daxil olmaq üçün müraciət etmişlər
AXCP sədri Əli Kərimlinin Azərbaycanda yaradılmış ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan xarici düşmənlərimizin əlində alətə çevrilməsi, onun ən yaxın qohumlarında ciddi narahatçılıq yaradıb. Nəslimizin adına xələl gətirən Əli Kərimli artıq bizim səbr kasamızı doldurub.
Saatlı rayonunun Azadkənd kəndində yaşayan Kərimovlar nəslinin ağsaqqalı olmuş Qulamhüseyn Kərimov hələ o vaxtlar - Əli Kərimli Bakı Dövlət Universitetində təhsil alarkən pozucu, dağıdıcı qüvvələrə qoşulan zaman onun atasına oğlunun bu əməlləri barədə dəfələrlə xəbərdarlıq etmiş, oğlunu Azərbaycana düşmən olan xarici qüvvələrin təsirindən çəkindirməyi tövsiyə etmişdir. Bizi tanıyanlar çox yaxşı bilirlər ki, nəslimizin bütün üzvləri həmişə vətənpərvərliyimiz, xalqı, milləti sevməyimiz ilə başqalarına örnək olmuşuq. Heç vaxt haram və çirkli pullara aldanmamışıq. Ancaq Əli Kərimli halala haram qatdı. Xarici düşmənlərimizin çirkli pulları onun gözlərini qamaşdırdı. O, nəfsini saxlaya bilmədi. Adını siyasətçi qoyan Əli tez bir zamanda siyasi işbazların toruna düşdü və ölkəmizə qarşı asi kəsildi. Onun xəyanətkar əməlləri bizi xəcalətli edib.
Hakimiyyəti qeyri-demokratik, zorakı yollarla ələ keçirmək istəyən qüvvələr son vaxtlar Əlini daha da şirnikləşdiriblər. O, gəncləri dövlətimizə qarşı qeyri-sivil yolla mübarizəyə səsləyərək artıq açıq şəkildə xəyanətkar əməllərə yol verir. Hələ bir neçə il əvvəl gənc Ruslan Bəşirlini aldadıb ermənilərlə sövdələşməyə göndərəndə biz ciddi narazılığımızı bildirmişdik. Ona dedik ki, niyə xalqın övladlarını bədbəxt edirsən? Ruslan Bəşirlinin ermənilərlə sövdələşməsinin nəticəsi nə oldu? Əli Kərimli yenə də işində-gücündə cangüdənlərinin əhatəsində, rahat mənzilində, Ruslan Bəşirli isə həbsxanada. Onun nişanlısının gözlərinin yaşlı qalmasını Əli Kərimlinin vicdanı necə qəbul edir? O, heç öz övladlarını gözləri önünə gətirmir? Öz oğlunu Londonda rahat və təhlükəsiz yerdə yerləşdirib camaatın uşaqlarını qarşıdurmaya yönəldir. İndiki belə qədirbilənsən, xalqın, Vətənin üçün canın yanır, gətir öz oğlunu da qarşıdurmaya göndərdiyin gənclərə qoş!
Əli Kərimlinin xəyanətkar əməlləri ən yaxın qohumlarını da cana yığıb. Onlar Əlinin radikal əməllərindən beziblər. Biz artıq belə bir qənaətə gəlmişik ki, Əli Kərimli ağlını itirib. Himayəsində olduğu qəzetlər də onun isterik vəziyyətdə, təlaş içində olduğunu yazıblar. Onun müxtəlif qəzetlərə verdiyi müsahibələrdə də bu həyəcan özünü göstərir. Artıq Əli Kərimlinin antiazərbaycan qüvvələrlə, radikal dini quruplarla iş birliyində olması öz təsdiqini tapıb. İndi onların özləri arasında da ziddiyyətlər yaranıb. Oyuncaq qurum təsiri bağışlayan İctimai Palata da əvvəlki əhəmiyyətsiz qurumlar kimi parçalanmaq üzrədir.
Əli Kərimlinin ən yaxın qohumları onun hərəkətlərinə etiraz edərək AXCP sıralarından istefa verərək Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət ediblər. Mən qohumlarımızın adlarını təqdim edirəm.
Səmədov Nicat, İbadov Mübariz, Cəfərova Naidə, Məmmədova Gülnarə, Kərimov Elnur, Kərimov Əlizadə, Kərimova Nahidə, Həsənov Sakit, Həsənov Cabir, Minaxanov Samir, Xudiyev Seymur, Məmmədov Taleh, Kərimov Rafael, Qurbanov Xəqani, Səmədova Səfa, Kərimov Sadiq, Kərimov Sabir, Səmədov Dilqəm, Kərimova Tacirə, Kərimova Rahilə, Kərimov Xəlil, Kərimov Nail.
Bu hələ son hədd deyil. Etiraz dalğası getdikcə daha da böyüyür. Əgər Əli Kərimli öz xəyanətkar hərəkətlərindən əl çəkməsə biz daha ciddi tədbirlərə əl atacağıq. Çünki istəmirik ki, nəslimizin nüfuzuna xələl gəlsin.
Siyahıya adları yazılanlar Əli Kərimlinin əmisi, dayısı uşaqları, ən yaxın qohumlarıdır. Hamımız açıq şəkildə bəyan edirik ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıran, əhalinin həyat səviyyəsini yaxşılaşdıran ölkəmizin iqtisadi qüdrətini daha da möhkəmləndirən şəxs yalnız Prezident İlham Əliyevdir. Biz hamılıqla onun ətrafında sıx birləşmişik. Möhtərəm Prezidentimizin yeritdiyi daxili və xarici siyasətin ölkəmizin şöhrətini getdikcə artırdığı göz qabağındadır.
İnanırıq ki, gec-tez Əli Kərimli də səhv yolda olduğunu dərk edəcək, tutduğu əməllərdən peşimançılıq hissi keçirəcək, haqq yoluna qayıdacaq və ictimai-faydalı işlə məşğul olacaq.
Həyat da sübut edib ki, haram yolu tutanlar həmişə yarı yolda qalıblar.

{nl}

Nuhəli KƏRİMOV, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında