Göygöl rayonunda əhaliyə nümunəvi tibbi xidmət göstərilir

Azərbaycanda tibbi kadrların yetişdirilməsinin, səhiyyə müəssisələrinin, elmi - tədqiqat institutlarının maddi-texniki bazasının köklü surətdə yeniləşdirilməsinin əsası müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü il iyunun 15-də ümummilli liderin xalqımızın istəyi ilə hakimiyyətə qayıdışından sonra isə tibb müəssisələrində gerçəkləşdirilən islahatlar nəticəsində bu sahədə müsbətə doğru ciddi dəyişikliklər baş verib. 
 
Adı Azərbaycan tarixinə əbədi həkk edilən ulu öndərimizin genişmiqyaslı titanik fəaliyyəti sayəsində 25 il əvvəl siyasi, sosial-iqtisadi böhranla üzləşən ölkəmiz hazırda dünyanın diqqət mərkəzində olan dövlətlərindən biridir. Respublikamızın dinamik inkişafının, regionda liderlik mövqeyi əldə etməsinin səbəbkarı isə məhz ümummilli liderimiz olub. Hər il 17 iyunun Səhiyyə İşçiləri Günü kimi qeyd olunması da məhz ulu öndərin adı ilə bağlıdır.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 15 ildə səhiyyənin inkişafı istiqamətində reallaşdırılan islahatlar öz bəhrəsini vermişdir. Yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasından tutmuş, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni tibb ocaqlarının yaradılmasına qədər görülən bütün işlər sözügedən sahənin inkişafını sürətləndirməklə yanaşı, eyni zamanda, hər bir ölkə vətəndaşının sağlamlığının möhkəmləndirilməsinə yönələn layiqli xidmətin bariz ifadəsidir.
Azərbaycanda uğurla gerçəkləşdirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının da səhiyyə sisteminin tərəqqisinə müsbət təsiri danılmazdır. Belə ki, həmin sənədlərdə bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi – yeni xəstəxanaların, poliklinikaların inşası, yaxud mövcud səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində təmir və bərpa olunması, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı məsələləri öz əksini tapıb.
Burada bir məsələni də qeyd etmək istərdim. Bu sahəyə göstərilən qayğı və diqqətin nəticəsində getdikcə sayı artan səhiyyə ocaqları xalqın sağlamlığı üçün lazım olan müayinə və müalicə üçün son model aparat və avadanlıqla təchiz edilib. Təkcə Heydər Əliyev Fondunun xətti ilə istifadəyə verilən tibb müəssisələrindəki müayinə üsullarını son illərədək təsəvvürə gətirmək belə mümkün deyildi. Hazırda isə ən ağır xəstələrin, hətta regionlarda müayinə və müalicəsi üçün istənilən şərait yaradılıb.
Səhiyyə sisteminin uğurlu inkişafı Göygöl rayonunda da aydın nəzərə çarpır. Burada əhalinin sağlamlığı keşiyində dayanan, xidməti vəzifəsini məsuliyyətlə yerinə yetirən həkimlər az deyil. Onlardan biri də Sahib Rəsulovdur. Qərbi Azərbaycanda anadan olan Sahib həkim 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu uğurla başa vurduqdan sonra respublikamızın müxtəlif bölgələrində, o cümlədən, keçmiş SSRİ-nin bir sıra şəhərlərində fəaliyyət göstərib, elmi və təcrübəsi ilə həmkarlarına nümunə olub. Nəhayət, 1991-ci ildə doğma Azərbaycana qayıdaraq, Göygöl Mərkəzi Rayon Xəstəxanasının kliniki laboratoriya şöbəsinin müdiri vəzifəsində işə başlayıb. Təcrübəli, eyni zamanda, peşəsinin məsuliyyətini dərindən dərk edən Sahib həkim ötən illər ərzində kollektivdə, həmçinin rayon ictimaiyyəti arasında böyük nüfuz qazanıb. 
Söhbət zamanı Sahib Rəsulov dedi:
– Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da son illərdə möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən, əhalinin kütləvi tibbi müayinədən keçirilməsi, yoluxucu xəstəliklərin qarşısının alınması, ana və uşaqların mühafizəsinin gücləndirilməsi, tibbi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb.
Sahib həkim sonda onu da bildirdi ki, Göygöl rayonunda səhiyyə-tibb islahatlarının həyata keçirilməsinə, tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə, əhali arasında reproduktiv sağlamlıq və digər mövzularda maarifləndirmə işinin aparılmasına rayon icra hakimiyyətinin başçısı Arif Seyidov xüsusi diqqət yetirir. O, səhiyyə işçiləri ilə vaxtaşırı görüşlər keçirir, problemlərə həssaslıqla yanaşır və onların həlli üçün müvafiq qurumlara tapşırıqlar verir.
Babək ƏLİYEV, 
jurnalist
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında