“Təkrar əkinlərin əhəmiyyəti və tətbiqi” mövzusunda regional müşavirə

 Saatlı  rayonunda  kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun, nazirliyin və tabeli qurumlarının əməkdaşlarının, rayon icra hakimiyyətinin, aidiyyəti elmi-tədqiqat institutlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, eləcə də fermer və sahibkarların iştirakı ilə “Təkrar əkinlərin əhəmiyyəti və tətbiqi” mövzusunda regional müşavirə keçirilib.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov müşavirədə çıxış edərək qeyd edib ki, dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına göstərilən çoxşaxəli texniki və maliyyə dəstəyinin səmərəliliyinin artırılması, istehsalın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, mütərəqqi metodların və yeni əkinçilik üsullarının tətbiqi, ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsinə nail olunması, ümumilikdə ölkədə həyata keçirilən aqrar siyasətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Nazir müavini bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli Sərəncamına əsasən istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardımlar, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə ayrılan subsidiyalar təkrar (aralıq) əkinlərə də şamil edilib və dəstək tədbirlərinin tətbiqi nəticəsində təkrar əkin sahələri 2014-cü ildə 1489 hektardan olduğu halda, 2017-ci ildə artaraq 39652 hektara çatıb.

Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov son dövrlərdə rayonda aqrar sahənin inkişafı, həmçinin təkrar əkinlərin aparılması istiqamətində görülmüş işlər barədə məlumat verib və aralıq əkinlərin heyvandarlığın yem bazasının təminatında əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Taxıl məhsulunun itkisiz yığımı və təkrar əkinlərin əhəmiyyəti”, Nazirlik Aparatının  Dövlət dəstəyi şöbəsinin müdiri Bağış Əhmədov “Təkrar əkinlərə subsidiyaların verilməsi mexanizmi”, KTN yanında Bitki  Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili”, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov “Texnika, gübrə və pestisidlərlə bağlı mövcud  vəziyyət” barədə məruzələrlə çıxış ediblər.

Sonda müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerlərə müvafiq tövsiyələr verilib, məhsul istehsalçılarının təklifləri dinlənilib.

Müşavirə başa çatdıqdan sonra tədbir iştirakçıları rayonun Qaracalar kəndində məhsulu yığılmış arpa sahəsinin yerində aparılan təkrar qarğıdalı səpini ilə tanış olublar.

 

                                                            Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında