Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov anılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib.

“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi tərəfindən təşkil edilən tədbirdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib.

Əlil ictimai birliklərinin, Qarabağ müharibəsi veteranlarının da iştirak etdiyi tədbirdə Milli Qəhrəman Asif Məhərrəmovun həyatı və şərəfli döyüş yolu, şücaəti barədə məlumat verilib. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirən, bu döyüşlərdə qəhrəmancasına həlak olan Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı, onların həyat və mübarizə yolunun tariximizə qızıl hərflərlə yazılmış vətənpərvərlik nümunələri olduğu vurğulanıb.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumatda deyilir ki, “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri İlham Məhərrəmov layihənin Milli qəhrəmanlarımızın daha yaxından tanıdılması və eyni zamanda, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə vermək məqsədinə xidmət etdiyini bildirib. O layihə çərçivəsində Mərkəzdə Milli qəhrəmanlar-- Mübariz İbrahimov, Cavanşir Rəhimov, Çingiz Qurbanov, Sahil Məmmədov və başqaları ilə bağlı tədbirlərin də təşkil olunacağını qeyd edib.

Tədbirdə Milli Qəhrəman Asif Məhərrəmov haqqında çəkilmiş film nümayiş olunub, Laçın musiqi məktəbinin ansamblının ifasında vətənpərvərlik mahnıları səsləndirilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında