Mərkəzi Bankda "Ödəniş kartları üzrə fırıldaqçılığa qarşı mübarizə" mövzusunda seminar

Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə Bakıda bank nümayəndələri üçün "Ödəniş kartları üzrə fırıldaqçılığa qarşı mübarizə" mövzusunda seminar keçirilmişdir.
Seminarda "Visa Inc." Şirkətinin departament rəhbəri İnqo Noka və Cənub-Şərqi Avropa ölkələri üzrə risk meneceri Zan Jovanovski iştirak etmişlər.
Seminarda Visa Qlobal Ödəniş Sisteminin risk strategiyası, ödəniş kartları ilə fırıldaqçılıq hallarına qarşı təhlükəsizlik tədbirlərinin görülməsi, Azərbaycanda ödəniş kartları bazarında yaranan risklərin planlaşdırılması haqqında ətraflı məlumat verilmişdir. Müzakirələr zamanı ödəniş kartı üzrə məlumatların oğurlanması, yeni texnologiya və çatdırma sistemləri vasitəsilə fırıldaqçılığın qarşısının alınması kimi məsələlərə də toxunulmuş və bu istiqamətlərdə mövcud beynəlxalq təcrübə müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında