Məhkəmə-Hüquq Şurası gənc hüquqşünasları müsabiqəyə dəvət edir

Məhkəmə-Hüquq Şurasından bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarının icrası çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaflıq şəraitində, müasir beynəlxalq tələblər səviyyəsində seçilməsi üçün yeni, Avropada ən mütərəqqi qaydalar müəyyən edilmişdir. 
Həmin qaydalar əsasında tam obyektiv keçirilmiş müsabiqələr zamanı namizədliyini irəli sürmüş 2200 şəxsdən 235 yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunmuşdur. Hazırda əksəriyyəti 35 yaşınadək olan bu hakimlər mövcud korpusun 50 faizini təşkil edir. 71 hakim ştatı isə hələ də boşdur. Bununla əlaqədar ötən ilin sonunda hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulu elan edilmişdir.
Artıq 210 nəfər namizədliyini irəli sürmüşdür. Namizədlər sırasında gənclərin sayı əvvəlki illərə nisbətən 3 dəfəyədək artmışdır.
Müsabiqədə iştirak üçün namizədliyini irəli sürmüş hüquqşünasların imtahanlara mükəmməl hazırlaşmaları məqsədi ilə Məhkəmə-Hüquq Şurası tərəfindən Ədliyyə Akademiyası ilə birgə müvafiq hazırlıq kurslarının təşkili də nəzərdə tutulmuşdur.
Həmçinin məhkəmə islahatları nəticəsində son illər məhkəmə aparatı işçilərinin sayı 60 faizədək artırılmış, o cümlədən hər bir hakim üçün hakim köməkçisi ştatları təsis olunmuşdur. Həmin vəzifələrin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən test üsulu ilə şəffaf müsabiqələr keçirilir.
Gənc hüquqşünasların bu proseslərə qatılmasının məhkəmə sisteminin inkişafında rolu nəzərə alınaraq onlar müsabiqələrdə daha fəal iştiraka dəvət olunurlar.
Hakimliyə namizədlərin sənəd qəbulu Hakimlərin Seçki Komitəsində davam edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında