Dövlət Məşğulluq Xidmətinin xətti ilə 35,3 min nəfər işsiz və işaxtaran şəxs işlərlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən cari ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz çox olmaqla, 35342 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.

Aztəminatlı ailələrin kiçik biznesini qurmaqla yoxsulluqdan çıxışına imkan verən və əmək bazarında təsirli rol oynayan özünüməşğulluq proqramının 2018-ci ildə əhatə edəcəyi ailələrin sayının artırılaraq 7 min nəfərə çatdırılması nəzərdə tutulur. Onlardan artıq 2500-dən çoxu kiçik biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlim kurslarına cəlb ediliblər və bu proses hazırda da davam etdirilir. Kursları uğurla başa vuran və təlim müddətində hazırladıqları biznes-planları müsbət qiymətləndirilən şəxslər özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunacaqlar.

Yanvar-may aylarında DMX tərəfindən 326 nəfər idarə,  müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə göndərilib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün,  son 5 ayda Xidmət tərəfindən 1317 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 80 nəfər gənc peşə hazırlığına cəlb olunub.

DMX-nin Əmək birjaları isə qısamüddətli iş üçün müraciət edən 1162 nəfərin belə işlərlə təminatını həyata keçirib.

Qeyd olunan dövrdə peşəyönümü tədbirlər də davam etdirilib və  63,2 min nəfər gəncə  peşəyönümü məsləhətləri verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında