Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir

Azərbaycan Respublikasının Nazirlər Kabineti bir sıra qərarlar qəbul etmişdir
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 7 sentyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə bp Eksploreyşn Opereytinq Kompani Limited şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında 2010-cu il oktyabrın 7-də imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq" və "Asiman" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə uyğun olaraq Nazirlər Kabineti Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə qərar qəbul etmişdir.
Digər qərarı ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamına uyğun olaraq özünün qəbul etdiyi "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında" 2007-ci il 1 mart tarixli qərarında dəyişikliklər etmişdir.
Hər iki qərar martın 28-dən qüvvəyə minmişdir.
"Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 9 mart tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında" da qərar qəbul etmişdir.
Bu qərar martın 30-dan qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindənverilən məlumata görə, həmin qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında