Parlamentlərarası əlaqələrin inkişafı hər iki dövlətin mənafelərinə cavab verir

Aprelin 1-də Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Teymuraz Şaraşenidze ilə görüşmüşdür. 
Milli Məclisin mətbuat xidmətindən daxil olan məlumatda deyilir ki, parlamentin sədri qonağa diplomatik fəaliyyətində uğurlar arzulamış, onun səfir kimi iki ölkə arasında münasibətlərin daha da inkişafında səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirmişdir. O.Əsədov demişdir ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra elm, təhsil, mədəni və iqtisadi sahələrdə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bu gün Azərbaycan ilə Gürcüstanı strateji əməkdaşlıq birləşdirir. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri və görüşləri münasibətlərimizin daha da dərinləşməsində mühüm rol oynamışdır.
Əlaqələrimizin inkişafında parlamentlər də əhəmiyyətli rol oynayır. Hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edirlər. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə mübadiləsi baxımından önəmlidir.
Biz Cənubi Qafqazda baş verən hadisələri diqqətlə izləyirik. Bölgədəki münaqişələr regionun iqtisadi tərəqqisinə ciddi əngəl törədir. Biz bu cür problemlərin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdarıq. İnanırıq ki, tezliklə Cənubi Qafqazda əmin-amanlıq yaranacaq, ədalət zəfər çalacaqdır.
Teymuraz Şaraşenidze demişdir ki, gələcək fəaliyyətində ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsinə çalışacaqdır. Səfir, həyatın müxtəlif sahələrində əməkdaşlığın gələcək inkişafı üçün geniş imkanlar olduğunu bildirmişdir. Qeyd etmişdir ki, parlamentlərarası əlaqələrin inkişafı hər iki dövlətin və xalqlarımızın mənafelərinə cavab verir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında