Azərbaycan Diplomatik Akademiyasının V Bakı yay məktəbinə sənədlərin qəbulu başa çatır

Azərbaycan Diplomatik Akademiyasından (ADA) bildirmişlər ki, ADA-nın ənənəvi yay məktəbinə sənədlərin qəbulu aprelin 20-də başa çatır.
Akademiya artıq beşinci ildir ki, enerji mövzusuna dair yay məktəbi təşkil edir. İyulun 2-dən 16-dək Dövlət Neft Şirkəti ilə birgə təşkil olunacaq Bakı yay enerji məktəbinə ekologiya və təbii sərvətlər, sənaye və energetika nazirliklərinin, Dövlət Neft Fondunun, habelə Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətlərinin nümayəndələri də qatılacaqlar. Yay məktəbində Xəzər regionu ölkələrinin, ABŞ-ın Rice və Texas A&M universitetlərinin tanınmış professorları mühazirə oxuyacaq, Nabukko layihəsinin təmsilçiləri, Avropanın aparıcı ali təhsil ocaqlarının mütəxəssisləri isə təcrübələrini bölüşəcəklər.
Yay məktəbində enerji siyasətinin iqtisadi və siyasi əsasları, ətraf mühitə təsiri, regional inkişafa töhfəsi və digər məsələlər müzakirə ediləcəkdir.
İndiyədək 37 ölkənin 140-dək nümayəndəsi ADA-nın yay məktəbinin dinləyicisi olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında